"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Orhus"a qarşı keçirəcəyi cavab oyununun bütün biletləri satılıb.
İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Sabah" azarkeşlərə stadiona girişdə sıxlığın yaranmaması və tribunalarına rahat keçə bilmələri üçün qarşılaşmaya ən azı 2 saat əvvəl gəlməyi tövsiyə edib.
Qeyd edək ki, "Sabah" - "Orhus" matçı bu gün saat 20:00-da 8700 tamaşaçı tutumuna malik "Bank Respublika Arena"da keçiriləcək. Komandalar arasında Danimarkada baş tutan ilk görüşdə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.