"Sabah" Futbol Akademiyası bu il bölgələrdə yeni seçimlərə start verəcək. xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Azərlotereya"nın dəstəyi ilə keçiriləcək seçimlər 30-31 may tarixlərində Qusar rayonunda, "Metak Arena"da baş tutacaq.
Seçimlər 2011-2015-ci il təvəllüdlü uşaqlar arasında keçiriləcək.