top
Rüstəm Allahverdiyev: Üfüqdə aydınlıq və uğur görünür Sport24.az
30 may 2024, 13:20
- ↺ +

Rüstəm Allahverdiyev: "Üfüqdə aydınlıq və uğur görünür"

"Neftçi"nin sabiq kommersiya direktoru Rüstəm Allahverdiyev klubdan ayrılandan sonra "İqsports" adlı idman agentliyi yaradıb. Agentliyin fəaliyyəti qısa vaxtı əhatə etsə də, gördüyü işlərlə diqqət mərkəzinə düşməyi bacarıb. Artıq bəzi idmançılar "İqsports"un xidmətindən yararlanır və böyük ehtimalla, gələcəkdə onların sayının artacaq. Allahverdiyev özü də uğur qazanacaqlarına inanır. O, Sport24.az-a müsahibəsində futbolla yanaşı, digər idman növlərinə də diqqət ayırdıqlarını və gələcəkdə daha böyül layihələrə imza atmaq istədiklərini bildirib.

 

- Yaranan gündən bəri "İQsports" olaraq hansı irəliləyişə nail olmusunuz?
- Artıq bir aydı fəaliyyətdəyik. Bu müddət ərzində bəzi irəliləyişlərimiz var. Dörd elita təmsilçisiylə danışıqlarımız davam edir. Onlarla media, marketinq və digər bu kimi sahələrdə razılığa gəlmək üzrəyik. Yaxın günlərdə sözləşmə imzalayacağıq. Bundan başqa Gənclər və İdman naziri, digər idman növlərinin federasiyaları və başqa klublarımızla da görüşlərimiz, söhbətlərimiz olur. Zamanla daha da inkişaf etmək istəyirik.


- Bir müddət əvvəl Rza Cəfərovun gözəl bir videosunu paylaşdız. Perspektivli qolkiperin davamçıları gəlir? O mənada ki, yaxın perspektivdə daha kimlərlə əməkdaşlığa rəsmi start verəcəksiniz?
- Gənc "əlcək sahibi"ylə işlərə başlamışıq. Onun sosial şəbəkələrdəki səhifələrinin idarə olunması, media ilə əlaqlələrin qurulması və digər bu kimi məsələlərlə razılığa gəlmişik. Daha 2 futbolçu və qeyri-futbol sahəsindən olan idmançılardan da bizə müraciət daxil olub. Onlarla da əməkdaşlıq edəcəyik.


- Uzun illər futbolda çalışmısınız. Ancaq futboldan fərqli, digər idman növlərində ölkəmizin daha böyük uğurları var. Fərdi idman növlərinə baş vurmaq fikriniz var?
- İdman agentliyi olaraq qeyri-futbol sahələrinə daha çox köklənəcəyik. Sadəcə, uzun illər futbol ictimaiyyətinin içində olduğumuz üçün idmanın "şah"ı ilə start götürdük. Qarşıdan Olimpiya oyunları gəlir. Odur ki, bu sahədə çıxış edəcək idmançılarımızla daha aktiv çalışmağı hədəfləyirik.


- Bildiyimiz qədəri ilə analoji sahədə Türkiyədə fəaliyyət göstərən həmkarlarınızla da işbirliyinə start verməyi planlaşdırırsınız...
- Hələ "Neftçi"də mətbuat katibi olduğum dövrlərdən xarici şirkətlərlə əlaqələrim vardı. Nə vaxtsa özümündə idman agentliyini yararadacağım təqdirdə Azərbaycan hüdudlarından da kənara çıxmağı nəzərə almışdım. Rusiya, Gürcüstan və Türkiyədə idman şirkətləri çoxdu. Bizdə isə bu sahə təzə-təzə yaranır. Odur ki, biz də qonşu ölkələrdəki bəzi şirkətlərin təcrübəsindən istifadə edirik. Yaxın gələcəkdə bir çox özünü yaxşı tərəfdən göstərən idman agentlikləriylə də partnyorluq əməkdaşlığını rəsmləşdirəcəyik.


- Və sonda. Üfüqdə nələr görünür?
- Səmimi deyim ki, bu işə əl qoyanda bir qədər alınıb-alınmamasıyla bağlı qorxum vardı. Amma fəaliyyətə start verəndə gördük ki, bu sahəyə bazarda ciddi ehtiyac var. Hələlik yaxşı irəliləyirik. İşimizi Azərbaycanda otuzdura bilsək, böyük layihələrə imza atacağıq. Odur ki, üfüqdə aydınlıq və uğur görünür.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:20

Fiorentina David de Xea ilə yollarını ayırmağı planlaşdırır

Futbol
Bu gün, 08:13

Pep Qvardiola ABŞ futbol millisinə rəhbərlik edə bilər

Futbol
Bu gün, 08:00

ABŞ Futbol Federasiyası Manchester United-dan 10 milyon dollar tələb edə bilər

Futbol
Bu gün, 07:09

Mançini Mbappe-nin zədələnməsindən risk etməməsini tövsiyə etdi

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Oxşar xəbərlər