top
Ruslan Əmircanov Neftçi - Qarabağ oyununun təxirə salınması məsələsinə münasibət bildirib Idman.biz
05 fevral 2026, 12:10
- ↺ +

Ruslan Əmircanov "Neftçi" - "Qarabağ" oyununun təxirə salınması məsələsinə münasibət bildirib

"Heç kim "Neftçi"ni qınaya bilməz. İki klub arasında qəbul edilən qərara kənardan müdaxilə olunmamalıdır. Hazırda "Qarabağ" futbolçularında sanki son oyuna çıxacaqlarmış kimi böyük məsuliyyət və həyəcan var. "Nyukasl"ı düşünə-düşünə ölkə çempionatında belə bir matça çıxmaq onlar üçün asan olmayacaq".

Bu sözləri veteran futbolçu Ruslan Əmircanov deyib.

R.Əmircanov Misli Premyer Liqasının 21-ci turu çərçivəsində keçiriləcək "Neftçi" - "Qarabağ" oyununun təxirə salınması ilə bağlı Ağdam klubunun müraciətinin rədd edilməsinə münasibət bildirib. Onun sözlərinə görə, "ağ-qaralar"ın bu təkliflə razılaşmaması ətrafında yaranan etirazlar düzgün deyil.

"Belə hallar bizim vaxtımızda da olurdu. Hansı klub avrokuboklarda mərhələ adlayırdısa, çempionat oyunlarının vaxtının dəyişdirilməsi halları yaşanırdı. Bu, adətən qarşılıqlı razılıq əsasında baş tuturdu. Mən "Neftçi"də oynayarkən də olub ki, "Qarabağ" avrokubok oyununun ağırlığını nəzərə alaraq çempionat matçının təxirə salınmasını xahiş edib və klub buna razılaşıb. "Neftçi" ambisiyalı komandadır. Klub rəhbərliyi və baş məşqçi məsləhətləşərək bu qərarı veriblər. Bu da onların hüququdur. Heç kim deyə bilməz ki, niyə belə etdiniz? Deməzdim ki, "Neftçi" səhv addım atıb. Kömək etmək olardı, amma onları buna məcbur etmək olmaz. Heç bir tərəfi müdafiə etmirəm. Razılıq olmadıqda "Qarabağ" meydana çıxıb oynamağa borcludur. Başqa variant yoxdur", - deyə o, futbolinfo.az-a açıqlamasında bildirib.

Veteran futbolçu belə halda "Neftçi"nin derbini qazanmaq şanslarının yüksək olduğunu da bildirib:

"Qurban Qurbanov bəzi futbolçuları qoruya bilər, lakin ehtiyat heyət də meydana çıxıb mübarizə aparacaq. "Qarabağ"ın "Nyukasl"la çox çətin oyunu var və bu qarşılaşmaya daha rahat hazırlaşmaq istəyirdilər. Bundan əvvəl "Turan Tovuz"la oyun da çox gərgin keçmişdi. "Neftçi" rəhbərliyi düşünür ki, "Qarabağ" əsas diqqətini "Nyukasl"la matça yönəldib və bu, onlara çempionatda üstünlük qazanmaq imkanı yarada bilər. Bu vəziyyətdən istifadə edərək xal qazanmaq istəyirlər. Belədə "Qarabağ" qaydalara uyğun olaraq meydana çıxıb mübarizə aparacaq. "Neftçi" isə bu fürsətdən maksimum yararlanmağa çalışacaq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Futbol
Bu gün, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Bu gün, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Bu gün, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Bu gün, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Bu gün, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Bu gün, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Bu gün, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Futbol
Bu gün, 21:16

“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik

Futbol
Bu gün, 20:58

Şəfa klubunda Vətən müharibəsi iştirakçılarına diqqət

Futbol
Bu gün, 20:50

Şəfa vs Araz‑Naxçıvan 4 qol vuruldu - Video

Futbol
Bu gün, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Futbol
Bu gün, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Bu gün, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Bu gün, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Bu gün, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Bu gün, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Futbol
Bu gün, 19:26

Vanspor, Sivassporu 3:1 qələbə ilə məğlub etdi

Futbol
Bu gün, 19:25

Montader Məcidin ölüm təhdidina cavab: İraqın "Hammarby" oyunçusu milli komandanı rədd etdiyinə görə hədələnib

Futbol
Bu gün, 19:15

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Futbol
Bu gün, 19:09

Manuel Noyer Bayern tarixində ən yaşlı futbolçu oldu

Oxşar xəbərlər