top
Rusiyalıların Azərbaycan macəraları: Uğursuz, qoca, çılğın – TƏHLİL İdman.biz
27 iyun 2024, 13:36
- +

Rusiyalıların Azərbaycan macəraları: Uğursuz, qoca, çılğın – TƏHLİL

Bu həftə Kurban Berdiyevin "Turan Tovuz"un baş məşqçi postuna təyinatının rəsmiləşməsi ilə əlamətdar olub. Qocaman mütəxəssis Azərbaycan futbolu tarixinə klublarımıza rəhbərlik edən 4-cü rusiyalı kimi düşəcək.

İdman.biz Berdiyevin həmyerlilərinin Azərbaycan macəralarını təqdim edir.

Gecikən siftə
Klublarımız 1992-ci ildən müstəqil çempionat keçirməyə başlasa da, ilk əcnəbi baş məşqçi 2001/02 mövsümündə ölkəmizə qədəm qoysa da, Rusiyalı mütəxəssislər Premyer Liqamızı gec kəşf ediblər. Bu da səbəbsiz deyil. Onsuz da rusiyalı məşqçilər ölkələrindən kənardakı işləri ilə göz qamaşdırmır. Buna görə də Azərbaycan klubları da güclü məşqçi məktəbi ilə öyünməyən ölkəyə çox ehtiyac duymayıb. Bu, o demək deyil, Rusiya məşqçiləri zəifdir. Amma onlar Avropada aparıcı rollarda da deyillər. Bu üzdən də ilk rusiyalının klublarımızdakı debütü 2011/12 mövsümündə gerçəkləşib.

Yaxşı hücumçu, ortabab məşqçi
Sergey Yuran futbolçu kimi MDB-nin hər yerində olduğu kimi Azərbaycanda da simpatiya qazananlardan olub. Ölkəmizə baş məşqçi kimi gələn mütəxəssis heç də simpatiyaya layiq nəticələrlə yadda qalmayıb. "Simurq"un ümidlərlə dəvət etdiyi Yuran artıq XXI turdan sonra istefaya göndərildi. Buna cəmi 5 qələbənin olması, kubokdakı ilk matçda məğlubiyyət, bir sözlə uğursuz Zaqatala karyerası səbəb olub. Onun ölkəmizdəki uğursuzluğu yaxşı hücumçunun ortabab məşqçidən artıq olmadığını göstərib.

Cığıraçan qoca
Yuranın Azərbaycandakı uğursuzluğu rusiyalı mütəxəssislərə ölkəmizdəki inamı azaldacağını gözləmək olardı. Amma onun gedişindən ilyarım ötməmiş Yuri Syomin Premyer Liqada peyda olub. 66 yaşlı "qoca" həmin vaxta qədər heç bir uğuru olmayan "Qəbələ"nin "sükanı arxası"na keçib. Təbii ki, Syomin Yuran deyildi. Buna onların məşqçi karyeralarındakı böyük fərq də dəlalət edir. "Qırmızı-qaralar"ı uğurlara aparan yol da rusiyalı ilə başladı. İlk dəfə Premyer Liqada medal - bürünc qazanıldı. Komanda kubokun finalında "Neftçi"yə penaltilər seriyasında uduzdu. Komandasını 44 matçda 21 qələbəyə daşıyan və növbəti illərdəki uğurlarına cığır açan Syomin avrokubklardakı debütü gözləmədən vətəninə yollanıb.

"Qırmızı" sevgisi
Syomindən sonra rusiyalıların Azərbaycana yolu bağlanıb. Onun "Qəbələ"yə vida etməsindən təxminən 7 ildən sonra Murad Musayev Bakıda peyda olub. O, tez-tez baş məşqçi dəyişən "Sabah"ın "sükanını" qəbul edib. 2021/22 mövsümünün gedişində ölkəmizə gələn çalışdırıcı növbəti çempionatı tam işləyib. 2023/24 mövsümünün ikinci yarısında klubuna vida edən Musayev komandası ilə 87 oyunda 48 qələbə qazanıb. Amma çılğınlığı ilə ad çıxaran, qırmızı vərəqə almadan sanki qala bilməyən mütəxəssis bu matçların bəzilərini cəza səbəbindən texniki zonadan kənardan baxıb. "Sabah"a tarixinin ilk medalını – gümüşü qazandıran Musayev Syomindən də yüksək əyarlı mükafata sevinib. Avrokubokda mərhələ adlamaq da onun aktivinə yazılmalıdır. Çılğın olmasına baxmayaraq, həm də yetərincə uğurlu olan mütəxəssis həm "Qarabağ"la rəqabət apara bilmədiyindən, həm doğma "Krasnodar"ının maraq dairəsindən olmasına görə Bakı klubundan ayrılıb.

Maraqlıdır ki, rusiyalıların üçü də ortabab sayılan komandaları qəbul edib. Yuran uğursuzluğa düçar olub, Syominlə Musayev isə onlara olan etimadı doğrultmaqla klubu iddialılar sırasına çıxarıb. İndi növbə 72 yaşlı Berdiyevdədir. O da həmyerliləri kimi ortabab komandaya gəlib.

Vüqar Xeyrullayev
İdman.biz

Rəylər (0)

Son xəbərlər

Futbol
Bu gün, 06:39

Olimpiadaçılarımızın bəziləri bu gün Parisə yollanıb

Digər
Bu gün, 06:20

Məryəm Şeyxəlizadəxangah: “Olimpiadanın başlamasını səbirsizliklə gözləyirəm”

Digər
Bu gün, 05:46

Paris-2024: Olimpiya komandamızın bir sıra idmançılarının yolasalma mərasimi keçirilib - FOTO

Digər
Bu gün, 05:27

Fərid Qayıbov: “İnanıram ki, idmançılarımız Paris-2024-də uğurlu çıxış edəcəklər”

Digər
Bu gün, 05:16

Azərbaycan idmançıları PARİS-2024-ə yola salındı-FOTO

Digər
Bu gün, 02:46

"Mançester Siti" Donnarumaya "elçi düşüb"

Futbol
Bu gün, 01:16

İtaliya - İspaniya yarımfinalı

Futbol
Bu gün, 00:34

Qriqorçukdan Bauer transferinə münasibət

Futbol
Dünən, 23:56

Moratanın əvəzinə Dovbik

Futbol
Dünən, 23:35

“Neftçi” mövsümlərarası fasilədə dördüncü transferini reallaşdırıb

Futbol
Dünən, 23:26

Almaniyalı futbolçu "Neftçi"də

Futbol
Dünən, 22:47

Sanenin yenidən İngiltərədə oynamaq şansı

Basketbol
Dünən, 22:11

Millimiz Ermənistanla oyununun vaxtı dəqiqləşib

Futbol
Dünən, 21:41

"Yuventus" Konseysao planı

Futbol
Dünən, 21:30

"Turan Tovuz" növbəti transferini reallaşdırıb

Güləş
Dünən, 20:34

Mariya Stadnik: "Yeni tarix yazacağıma ümid edirəm"

Tennis
Dünən, 20:16

Polşalı tennisçi Olimpiadadan kənarda

Futbol
Dünən, 19:49

Yığmanın müafiəçisi Tovuz”da

Futbol
Dünən, 19:28

"Liverpul" yapon futbolçu üçün hərəkətə keçib

Gimnastika
Dünən, 19:19

Altay Həsənov Paris-2024 Olimpiadasında iştirak edəcək gimnastlarla görüşüb

Güləş
Dünən, 19:00

Çimərlik güləşində 2 medal

Futbol
Dünən, 18:57

"Aston Villa"dan 59 milyonluq transfer

Futbol
Dünən, 18:35

UEFA-nın tələbinə “Sumqayıt” sabah nöqtə qoyur

Digər
Dünən, 18:21

Platinidən FİFA-ya tənqid: "Futbol Olimpiya idman növü deyil"

Oxşar xəbərlər