top
Qurban Qurbanov: Futbolçular çox istəklidirlər Sport24.az
23 oktyabr 2024, 14:46
- +

Qurban Qurbanov: "Futbolçular çox istəklidirlər"

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" – "Ayaks" (Niderland) oyunundan əvvəl "atlılar"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

 

– Çox vacib oyundur. Tanınmış kluba qarşı oynayacağıq. "Ayaks" kimi dünya futbolunda tanınan, hücum futbolu göstərən tarixi kluba qarşı oynayacağıq. "Ayaks"a baxıb, onların düşüncələrini icra edən klublar çoxdur. Bu cür klubun Bakıya gəlməsi bizim üçün avantajdır. Nəticədən asılı olmayaraq belədir. Oyuna gəldikdə, pis hazırlaşmamışıq. Hazırlaşmaq üçün vaxtımız olub. Futbolçuların hazırlıq səviyyəsi pis deyil. Çox istəklidirlər. İnanıram ki, sabah azarkeşlərimiz oyundan razı qalacaqlar. Bu, bizim üçün çox vacib, çox önəmlidir. Çalışacağıq ki, hər birinizi sevindirək. Meydanda ən yaxşı oyunlarımızdan birini oynamağa çalışacağıq.

 

– Zədəlilərlə bağlı problem var?

– Marko Veşoviç və Mateus Silva bu oyun üçün yoxdurlar. Müalicə alırlar.

 

– İndiyə qədər Azərbaycana "Ayaks" kimi titullu klub gəlməyib. Futbolçuların bu rəqibin adından çəkinməməsi üçün hansısa tədbir görəcəksiz, yoxsa onlara sıradan matç kimi təqdim edəcəksiz?

– Heç nədən çəkinməməliyik. Bizim, yəni Azərbaycan futbolunun və rəqibin, Avropa futbolunun gücünə real baxmalıyıq. Onlara qarşı necə çəkinmədən oynayacağımızı düşünməliyik. İnanıram ki, daha yaxşı komanda ola, tez inkişaf edə bilərik. "Ayaks" dinamik və ağıllı futbol oynayır. Bu gün həm onlara qarşı mübarizə aparırıq, həm də nələrsə öyrənirik. Möhkəm durmağı bacarmalıyıq. Sabah çalışacağıq ki, oyunumuzla azarkeşləri razı salaq.

 

– Yankoviçin sabah heyətdə olacağı ehtimal edilir. Bu, sizə nə dərəcə rahatlıq verir?

– Bizim üçün çox vacib oyundur. Tanınmış kluba qarşı oynayacağıq. "Ayaks" kimi dünya futbolunda tanınan, hücum futbolu göstərən tarixi kluba qarşı oynayacağıq. "Ayaks"a baxıb, onların düşüncələrini icra edən klublar çoxdur. Bu cür klubun Bakıya gəlməsi bizim üçün avantajdır. Nəticədən asılı olmayaraq belədir. Oyuna gəldikdə, pis hazırlaşmamışıq. Hazırlaşmaq üçün vaxtımız olub. Futbolçuların hazırlıq səviyyəsi pis deyil. Çox istəklidirlər. İnanıram ki, sabah azarkeşlərimiz oyundan razı qalacaqlar. Bu, bizim üçün çox vacib, çox önəmlidir. Çalışacağıq ki, hər birinizi sevindirək. Meydanda ən yaxşı oyunlarımızdan birini oynamağa çalışacağıq.

 

– Qapı mövqeyi yenə də müzakirə edilir. Bu mövqedəki problemlər sizi də narahat edir?

– Düzünü desəm, etmir. Hər bir oyunçunun məsuliyyətlə işə yanaşması, mənim üçün birinci yerdədir. Bu gün hər iki qapıçının potensialı böyükdür. Hər ikisi də böyük məsuliyyətlə istənilən məşqdə özünü yaxşı tərəfdən göstərməyə çalışır. Ola bilər ki, əvvəlki oyunlarda komandaya tam uyğunlaşa bilməmişdilər. Mental olaraq tam hazır deyildilər. Buntiç və Koxalskini götürsək, biri Portuqaliya, digəri Polşa çempionatında oynayıb. Ola bilər, bəlkə orada məsuliyyət az olub. Polşa və Portuqaliya liqalarından aşağı ola bilərik, amma bizim komandanın daim yuxarılarda olması məsələsi, məsuliyyəti bəlkə də onlarda daim olmayıb. Hər iki qapıçıya güvənirəm. Məğlub olanda, nəinki qapıçılar, oyunçulara qarşı fikirlər də dəyişilir. Bu gün olmasa da, sabah onların oyunları daha yaxşı olacaq, potensialları böyüyəcək. Narazı olası bir şey görmürəm. Özünüz də görəcəksiz ki, hər bir qolkiper özünü yaxşı göstərib, komandaya fayda verəcək. Şahruddinin qayıtması, sağlam olması, rəqabətin böyüməsinə fayda verəcək. Bu gün onlara inamım böyükdür.

 

– Aleksey Kaşukun hazırlıq durumu necədir? Sabah daha çox şans qazana bilər? 

– Hazırlığı pis deyil. Amma mən hələ tam razı deyiləm. Onu gözəl anlayıram, uzun müddət kollektiv məşqsiz qalmaq, oyunlardan uzaq qalmaq, heç bir futbolçu üçün yaxşı hal deyil. Amma ümumən günü-gündən, oyundan-oyuna, məşqdən-məşqə öz potensialını açmağa başlayır. Ona inam və güvənimiz çoxdur. Çempionat oyunlarında əsas heyətdə də meydana çıxdı, sonradan da. Bu gün "Ayaks"la görüşdə oynamaq dəqiqəsini tam deyə bilmərəm. Sürət, dinamika tam başqa olur. Amma lazım olduğu halda, ondan istifadə edəcəyik. Kaşukun texnikasına, futbol anlayışına ehtiyacımız ola bilər.

 

– Keçmiş futbolçunuz Raydel Pupon Niderland mətbuatına açıqlamasında bildirib ki, Qurban Qurabnov çox tələbkardır, hətta gecə klublarında da onun adamları var idi. Düşünmürsüz ki, legionerlərdən mental olaraq tələbkarlıq onlarda diskomfort yaradır?

– Klubda ən məsuliyyətli şəxs mənəm. Hər futbolçunun idman formasının daim yaxşı olması önəmlidir. Tələbkar olmağıma gəlincə, belə olmalıyıq. Amma bunu biz elə formada edirik ki, futbolçu inciməsin, küsməsin. Onu başa salaraq, öz fikirlərimizi bildiririk. Mənim elə də çox adamlarım, ətrafım yoxdur ki, gecə klublarında olsun. Ətrafımda axşam saatlarında oralarda olmayanlardır(gülür). Pupon maraqlı, məsuliyyətli biri idi. Onunla bir necə danışığımız olmuşdu. Ondan ən çox tələbim çəkisinin çox olması idi. Aşağı salmaq üçün söz vermişdi. Çəkisi çox olurdu, bəzən üstündən keçirdim (gülür). Biz bəzən futbolçuların şikayətini eşidirik ki, yorğun oluruq, tələblər çoxdur… Amma müəyyən müddət keçəndən sonra anlayırlar ki, onlardan tələb etdiklərimiz, onların yaxşı, sağlam olması, ilboyu stabil olmaları üçün nə dərəcədə faydalıdır. İstənilən futbolçunu yoldan çıxarmaq çox asandır. Bu gün ələlxüsus da cavanları. Bir az uğur əldə edənlərin ətrafı böyüyür, dostları çoxalır. Futbol bu gün tam başqadır. Cüzi diskomfort istənilən futbolçunun səviyyəsini aşağı salır. Tələblər olmasa, uğurlu nəticə olmaz. Milliyə gedənlər heç ailələrinə vaxt ayıra bilmirlər. Buna baxmayaraq, tələblərimiz çoxalmalıdır. Bir-iki məğlubiyyət komandaya inamsızlıq, güvənsizlik yaradır. Sizlər, azarkeşlər və bəlkə də rəhbərlik tərəfdən. Hamı qalib gəlmək istəyir. Futbolçularıma nə qədər bəzi anlarda sərt olsam da, onların dostuyam, həmişə yanlarındayam. Problemləri olanda istənilən saatda onların yanında olmağa hazıram. Əvvəlcə özümdən, sonra futbolçulardan bunu tələb edirəm. Eşitməmişəm ki, hansısa futbolçu məndən narazı qalıb, hamısı məni çox istəyib, hörmətlə yanaşıb. Bilirlər ki, onların sağlamlığı, yaxşılığı üçün fikirlərimi bildirirəm. Buna da məcburam, borcluyam. Onları ən çox istəyən, uğur əldə etmələrini istəyən birinci şəxs mənəm. Bilirəm ki, bu nə dərəcədə ağır peşədir. Kənardan sevimli peşədir. Amma aysberqin görünməyən tərəfləri var. İçəridə nələrdən keçirlər, bunu tək mən bilirəm. Yaxşı olmaları üçün bəzən xoşları gəlməsə də, onlardan bunu tələb edəcəm.

 

– Rəqiblər bəlli olanda "Qarabağ"ın pley-off mərhələsinə vəsiqə qazanacağını düşünürdük. İndi isə son pillələrdəyik. Pley-off mərhələsinə yüksəlməmək kimi narahatlığınız var?

– Bu il turnir fərqli formatdadır. İki oyundan sonra fikir bildirmək olmaz. Format elədir ki, bəlkə 4-5 xalla pley-off mərhələsinə vəsiqə qazanacaqsan. Mənim üçün bəlkə digər format daha rahat idi. Cəmi 3 komandaya qarşı öz fikirlərini, düşüncələrini daha tez formalaşdırıb, daha yaxşı hazırlaşa bilirdin. Ev və səfər oyunu var idi. Üstünlükləri çox idi. Yeni format tam fərqlidir. Buna uyğunlaşmaq lazımdır. Narahatlığım yox deyil, var. Ümumi duruma baxanda, bu gün xalımız yoxdur. Hələ heç nə bilmək olmaz. Qarşıda 6 oyunumuz var. Ən azından uduş nədir? Keçən il pley-off mərhələsinə keçsək, 8 oyun oynayırdıq. Bu mövsüm isə minimum 8 oyunumuz var. Yanvardan sonrakı 2 oyun bizim üçün pley-off kimi olur. Çox istəyərdik ki, oyunlarımız sayı çox olsun. Çalışacağıq ki, pillə-pillə qalxaq. Bizim üçün pley-offa çıxmaq uğurdur. Şansımız varsa, çalışacağıq ki, daha yuxarılarda olaq. İnanın ki, 16-17-ci ildir buradayam. Hər il hər oyunda narahatlığım var. Belə də davam edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:24

Premyer Liqa milli komandalar üçün 225 oyunçu göndərərək TOP‑5‑də birinci yerdədir

Şahmat
Bu gün, 11:24

Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan kişiləri Hindistan, qadınları isə Argentina ilə qarşılaşır

Futbol
Bu gün, 11:09

“Qəbələ” futbol klubu Karvan‑Yevlax və Yaponiyanın U‑20 millisi ilə test matçları keçirəcək

Futbol
Bu gün, 11:00

Edqar Adilxanovun milli komandada debut hekayəsi: “Gözləmirdim, xəbərim yox idi”

Futbol
Bu gün, 10:54

“Turan Tovuz”da idarə heyəti dəyişir, büdcə 15 mln-dən 25 mln-ə artırılacaq

Şahmat
Bu gün, 10:32

Azərbaycan şahmat milli komandalarının Hindistan və Argentinaya qarşı 8-ci tur heyətləri açıqladı

Futbol
Bu gün, 06:37

Cristiano Ronaldo tənqidçilərə cavab verib: “İndi bütün güllərdən yayınacam”

Futbol
Bu gün, 00:13

Lionel Messi Paulo Dybala’yı Argentina millisinin vida oyununa dəvət etdi

Futbol
Dünən, 22:37

İqor Angelovski: Azərbaycan millisinin performansından daha yaxşı oyun gözləyirdim

Basketbol
Dünən, 22:32

Neftçi baş məşqçisi Vasiliadis Parnu üzərindəki 80:67 qələbəni şərh etdi

Futbol
Dünən, 22:09

Azərbaycan millisi Tacikistana qarşı minimal qələbə qazandı

Futbol
Dünən, 20:27

Beşiktaş Mert Kömürü transfer etmək istəyir

Minifutbol
Dünən, 18:39

“Aznur” Çempionlar Liqasının ilk matçını məğlubiyyətlə tamamladı

Basketbol
Dünən, 18:29

“Sumqayıt” basketbol klubu Rustam Əliyevi transfer etdi

Futbol
Dünən, 17:02

Araz-Naxçıvanın yeni baş məşqçisi: “Məqsədimiz üst sıralara qalxmaqdır”

Qarabağ FK
Dünən, 16:34

U-20 millimizin Qəbələdəki ikinci mərhələli təlim toplanışı üçün heyət açıqlanıb

Futbol
Dünən, 16:23

“Araz‑Naxçıvan” futbol klubu Yuri Maksimovu yeni baş məşqçi kimi təyin etdi

Futbol
Dünən, 14:43

Azər Bağırov: Milli komandaya çağırılan oyunçular formda

Voleybol
Dünən, 10:33

Misirli voleybolçu Abouelsoud Elsayed Emam “Murov Az Terminal”a transfer olundu

Basketbol
Dünən, 10:12

Neftçi basketbol komandası FIBA Avropa Kubokunun təsnifat mərhələsində Estoniyanın “Parnu” komandasına qarşı çıxacaq

Digər
Dünən, 06:27

Usman Nurməhəmmədov qardaşının nokautlu məğlubiyyətini və gələcək planlarını açıqladı

Futbol
Dünən, 05:13

‘Juventus’ azarkeşlərinin sükuta riayət etməməsi üçün cərimələndi

Güləş
22 sentyabr 2026, 23:25

AGF‑nin təşkil etdiyi milli komandalar üçün Şamaxıda iki günlük təlim proqramı

Futbol
22 sentyabr 2026, 23:07

“Barselona”nın yeni futbolçusu Karim Adeyemi’nin sürət sirri: Fufu yeməyi

Oxşar xəbərlər