top
Qarabağ” Azərbaycanın “Ayaks”ıdır Sport24.az
23 oktyabr 2024, 14:20
- ↺ +

"Qarabağ” Azərbaycanın “Ayaks”ıdır"

Niderlandlı futbolçu Raydel Pupon Avropa Liqasının Liqa mərhələsinin III turunda sabah keçiriləcək "Qarabağ" – "Ayaks" oyunu haqda fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, karyerası ərzində hər iki komandada forma geyinmiş vinger Niderland klubunun saytına açıqlamasında bunları deyib:

 

"Uzun müddət Niderlandda oynadıqdan sonra fərqli şeylərə hazır idim. "Qarabağ"dan təklif gələndə onlar haqda çox bilmirdim. Çempionlar Liqasının seçmə mərhələsində oynayırdılar və getməyimin əsas səbəbi bu idi.

 

"Qarabağ" Azərbaycanın ən böyük klubudur. Lakin Avropa ilə müqayisədə yerli çempionatları səviyyəcə aşağıdır. Onlar demək olar, hər il asanlıqla çempion olurlar".

 

Pupon Azərbaycan mədəniyyətindən və Bakı şəhərindən söz açıb:

 

"Həyat tərzinə gəlincə, Azərbaycan Türkiyəyə bənzəyir. Bakı gözəl şəhərdir, bir az Dubaya oxşayır. Böyük binalar var, lakin çox isti deyil. Orda insanlar rus və türk dillərində çox danışırlar. Həmişə yanımda tərcüməçi olurdu".

 

Niderlandlı oyunçu futbolun Azərbaycanda bir nömrəli idman olduğunu deyib:

 

"Futbol Azərbaycanda bir nömrəli idman növüdür. Lakin stadionlarda böyük atmosfer yoxdur. Türkiyədəki futbol mədəniyyəti daha çılğındır. Niderlandla müqayisədə gənclərin inkişafına çox diqqət etmirlər. "Qarabağ" Azərbaycanın "Ayaks"ıdır. Premyer Liqada fiziki oyuna üstünlük verirlər. Mənim dövrümdə işləyən Qurban Qurbanov hələ komandadadır. O, klubda böyük fiqurdur.

 

"Qarabağ" "Ayaks"la oyunda qələbəyə can atacaq. Xüsusən, evdə oynayırlar və azarkeş dəstəyi böyük olacaq. O vaxt komandada çevik oyunçular var idi. İndi məşqçidən başqa kimisə tanımıram, amma hələ də fəlsəfələri eynidir. Bu matçda "Ayaks"dan qələbə gözləyirəm".

 

Pupon 2015-ci ilin yayından 2016-cı ilin yanvarına qədər "Qarabağ"da çıxış edib və 15 oyuna 1 qol vurub.

 

"Qarabağ" – "Ayaks" oyunu saat 20:45-də start götürəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:41

Matvey Safonovun baqajı Moskvada itir

Futbol
Bu gün, 15:27

Barselona La Liqada ilk 12 turda 48 qolla ən məhsuldar ikinci startı qeydə alıb

Futbol
Bu gün, 15:25

Mesut Ozil FIFA-nı ikiüzlü standartlardan ittiham edib, qara siyahıya alındı

Futbol
Bu gün, 15:20

Lamine Yamal diz əksinə də təəssüflə Çexiyaya qarşı oyuna çıxmayacaq

Futbol
Bu gün, 15:10

Manchester United 40 ildən sonra yenidən düşmə zonasına düşdü

Futbol
Bu gün, 14:58

Mançester Siti və Barselona, Yuventusun müdafiəçisi Andrea Kambyazonun peşəkar keçidində

Digər
Bu gün, 14:54

Real Madrid Iker Kasilyasın oğullarını akademiyadan çıxardı

Futbol
Bu gün, 14:34

Zirə vs Qəbələ maçı: 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş aksiya

Digər
Bu gün, 14:27

UEFA Fransa Futbol Federasiyasını 10 min avro cərimələyib;

Futbol
Bu gün, 14:19

“Kristal Palas”ın baş məşqçisinin işdən çıxması gözlənilir

Futbol
Bu gün, 14:00

“Sabah” klubunun rəhbəri Ramin Həsənov “TransferRoom” mükafatının “İlin rəhbəri” namizədləri arasında!

Futbol
Bu gün, 13:47

Şirvan – Marafon oyunu yağış səbəbindən təxirə salına bilər

Formula 1
Bu gün, 13:33

Liam Louson Racing Bulls müqaviləsini uzatacaq və Braziliya Grand Prix-də 8-ci mövqeyə nail oldu

Olimpiada
Bu gün, 13:29

Dakar'da Azərbaycançılar iki qızıl medal qazanıb

Futbol
Bu gün, 13:25

22 yaşlı portuqaliyalı vinger Karlos Forbes üçün yarış: "Arsenal", "Tottenhem", "Mançester Yunayted", "Roma" və "Fiorentina" maraqlıdır

Futbol
Bu gün, 13:07

Mahir Emreli Polşada 'Legiya' matçında yüksək performans göstərdi

Futbol
Bu gün, 13:00

Şəfa kapitanı: 2:2 matçda hakimlərdən 5 xal itirdi, haqsızlıq edilib

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Oxşar xəbərlər