top
“Qızıl dövrü” keçmişdə qalan AYAKS - RƏQİBƏ BAXIŞ İdman.biz
23 oktyabr 2024, 11:31
- ↺ +

“Qızıl dövrü” keçmişdə qalan AYAKS - RƏQİBƏ BAXIŞ

"Qarabağ"ın Avropa Liqasında növbəti rəqibi ölkəsinin ən titullu klubu – 36-qat Niderland çempionu, ölkə kubokunun 20, superkubokunun 9-qat qalibi, Çempionlar Kubokunun (3 dəfə), Çempionlar Liqasının (1), UEFA Kubokunun (1), UEFA Superkubokunun (3), Kuboklar Kubokunun (1), İntertoto Kubokunun (1) və Qitələrarası Kubokun (2) qalibi "Ayaks" olacaq.

İdman.biz komandamızın titullarla zəngin rəqibinin statistik göstəricilərini nəzərdən keçirib.

Bütün bu göstəricilərə baxmayaraq, komandanın "Qızıl dövrü" uzaqda qalıb. Sadalanan beynəlxalq zəfərlərdən ən sonuncuları 1995-ci ildə qazanılan Çempionlar Liqası, UEFA Superkuboku və Qitələrarası Kubokdur. Ondan sonra komanda bir dəfə - 2017-ci ildə Avropa Liqasının finalında oynayıb.

Ölkə çempionatında isə sonuncu çempionluğu 2021/2022 mövsümündə qazanıb. Növbəti mövsümdə bürüncə sahib olan "Ayaks", ötən mövsümü 5-ci pillədə başa vurub, cari mövsümdə də hazırda 7 oyuna 16 xalla eyni mövqedədir.

Qitə yarışlarında indiyə qədər keçirdiyi 470 oyunda 230 qələbə qazanıb, 101 oyunu heç-heçə başa vurub, 139 dəfə məğlub olan Amsterdam təmsilçisinin top fərqi 813-511-dir. Avropa Liqasında komanda "Qarabağ"a qarşı 76-cı matçına çıxacaq. Öncəki 75 görüşdə klubun 35 qələbəsi, 16 heç-heçəsi, 24 məğlubiyyəti var və top fərqi də 110-83-dür.

Avropa Liqasında ötən mövsümü "Brayton", "Marsel" və AEK-lə kvartetdə 5 xalla 3-cü başa vuran "Ayaks" cari mövsümdə eyni turnirə 2-ci təsnifat mərhələsində Serbiya "Voyvodina"sı üzərində qələbələrlə (1:0, 3:1) başlayıb, ardından Yunanıstan "Panatinaikos"unu qarşılıqlı 1 qollu qələbələrdən sonra uzun sürən penaltilər seriyasında (13:12) yola salıb, pley-offda isə Polşa "Yaqelloniya"sının öhdəsindən asanlıqla gəlib (4:1, 3:0). Liqa mərhələsinə "Beşiktaş" üzərində 4:0-lıq inamlı ev qələbəsilə başlayan Niderland klubu 2-ci turda səfərdə Praqa "Slaviya"sı ilə oyunda 1:1-lik bərabərə qalıb.

Bu 8 matçda komandanın 17 qolunu 10 fərqli futbolçu vurub. Çuba Akpom və Mika Qodts hərəyə 3 dəfə, Kian Frits-Cim, Kennet Teylor və Branko van den Bomen 2 dəfə fərqləniblər. Ölkə çempionatında isə bu mövsüm ən çox qol vuran (3) Vaut Veqhorst və Devi Klassendir.

Qeyd edək ki, qarşılaşma oktyabrın 24-də Bakıda olacaq.

Vüqar Məmmədov
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:41

Matvey Safonovun baqajı Moskvada itir

Futbol
Bu gün, 15:27

Barselona La Liqada ilk 12 turda 48 qolla ən məhsuldar ikinci startı qeydə alıb

Futbol
Bu gün, 15:25

Mesut Ozil FIFA-nı ikiüzlü standartlardan ittiham edib, qara siyahıya alındı

Futbol
Bu gün, 15:20

Lamine Yamal diz əksinə də təəssüflə Çexiyaya qarşı oyuna çıxmayacaq

Futbol
Bu gün, 15:10

Manchester United 40 ildən sonra yenidən düşmə zonasına düşdü

Futbol
Bu gün, 14:58

Mançester Siti və Barselona, Yuventusun müdafiəçisi Andrea Kambyazonun peşəkar keçidində

Digər
Bu gün, 14:54

Real Madrid Iker Kasilyasın oğullarını akademiyadan çıxardı

Futbol
Bu gün, 14:34

Zirə vs Qəbələ maçı: 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş aksiya

Digər
Bu gün, 14:27

UEFA Fransa Futbol Federasiyasını 10 min avro cərimələyib;

Futbol
Bu gün, 14:19

“Kristal Palas”ın baş məşqçisinin işdən çıxması gözlənilir

Futbol
Bu gün, 14:00

“Sabah” klubunun rəhbəri Ramin Həsənov “TransferRoom” mükafatının “İlin rəhbəri” namizədləri arasında!

Futbol
Bu gün, 13:47

Şirvan – Marafon oyunu yağış səbəbindən təxirə salına bilər

Formula 1
Bu gün, 13:33

Liam Louson Racing Bulls müqaviləsini uzatacaq və Braziliya Grand Prix-də 8-ci mövqeyə nail oldu

Olimpiada
Bu gün, 13:29

Dakar'da Azərbaycançılar iki qızıl medal qazanıb

Futbol
Bu gün, 13:25

22 yaşlı portuqaliyalı vinger Karlos Forbes üçün yarış: "Arsenal", "Tottenhem", "Mançester Yunayted", "Roma" və "Fiorentina" maraqlıdır

Futbol
Bu gün, 13:07

Mahir Emreli Polşada 'Legiya' matçında yüksək performans göstərdi

Futbol
Bu gün, 13:00

Şəfa kapitanı: 2:2 matçda hakimlərdən 5 xal itirdi, haqsızlıq edilib

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Oxşar xəbərlər