Azərbaycan millisinin futbolçusu Rüfət Abdullazadənin çıxış etdiyi "Kiryat Şmona" İsrail Premyer Liqasının doqquzuncu turunda səfərdə "Beytar"la (Qüds) heç-heçə edib - 1:1.
İdman.Biz xəbər verir ki, meydan sahibləri 42-ci dəqiqədə Adi Yonanının qolu ilə hesabı açıblar.
Qonaqlar məğlubiyyətdən matçın son saniyələrində xilas olublar. Amadu Saqna 90+7-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.
Rüfət Abdullazadə qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb. Azərbaycanlı futbolçu 71-ci dəqiqədə Niv Qabayın əvəzinə meydana daxil olub.
Bu nəticədən sonra "Kiryat Şmona" xalını dördə çatdırıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.