top
Rüfət Abbasov: Araz-Naxçıvanla oyunda qələbə qazanmaq istəyirik, millidən dəvət gözləyirəm Idman.biz
20 mart 2026, 10:52
- ↺ +

Rüfət Abbasov: "Araz-Naxçıvan"la oyunda qələbə qazanmaq istəyirik, millidən dəvət gözləyirəm"

"Araz-Naxçıvan"la evdə oynayacağıq. Çalışacağıq ki, azarkeşlərimizin önündə uğurlu nəticəyə imza ataq. Qələbə qazanmaq istəyirik".

Bunu "Şamaxı"nın müdafiəçisi Rüfət Abbasov futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– "Şamaxı" çempionatda son beş turda məğlub olmayıb. Komanda hazırda ən ideal formasındadır?

– Düzdür, beş turdur uduzmuruq. Yaxşı formadayıq, amma bundan da yaxşı ola bilərik. Bunun üçün məşqlərdə əlimizdən gələni edirik. Məğlubiyyətsizlik seriyasını davam etdirmək istəyirik.

– Növbəti turda "Araz-Naxçıvan"ı qəbul edəcəksiniz. Şansları necə dəyərləndirirsiniz?

– "Araz-Naxçıvan"la evdə oynayacağıq. Çalışacağıq ki, azarkeşlərimizin önündə uğurlu nəticəyə imza ataq. Qələbə qazanmaq istəyirik.

– Son turlarda qeydə alınan nəticələrdən sonra hazırda "Sumqayıt"dan cəmi iki xal geri qalırsınız. "Şamaxı"nın qarşıdakı turlarda turnir cədvəlində irəliləmək şansı nə qədərdir?

– Bəli, hazırda "Sumqayıt"dan iki, "Araz-Naxçıvan"dan isə altı xal geri qalırıq. Hər oyuna qələbə üçün çıxırıq. İstəyirik ki, turnir cədvəlində daha yaxşı pillədə qərarlaşaq.

– "Şamaxı"nın aparıcı üzvlərindən birisiniz. Azərbaycandan və ya ölkə xaricindən daha iddialı klublardan təklif almısınız?

– "Şamaxı" ilə müqaviləmin sonuna üç ay qalıb. Yayda nə olacaqsa, bir yerdə görəcəyik. İndidən konkret bir söz deyə bilmərəm.

– Əsas millinin qarşıdakı toplanışına dəvət gözləyirsiniz?

– Əlbəttə, millidən dəvət gözləyirəm. Hər bir futbolçunun arzusudur ki, öz yığma komandasında çıxış etsin. Mənim də arzum budur. Yığmaya düşmək üçün klubumun heyətində əlimdən gələnin ən yaxşısını edirəm.

– Yığmamızın Millətlər Liqasındakı rəqibləri Litva və Lixtenşteyn olacaq. Komandamız C liqasına qayıda biləcək?

– Millətlər Liqasındakı rəqiblərimiz məlumdur. Qrupda dörd oyun keçirəcəyik. Hər birində qələbə qazanaraq qrup birincisi olmaq istəyirik. C liqasına yüksəlmək fikrindəyik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Oxşar xəbərlər