"Milan"ın sabiq futbolçusu Rud Qullit Çempionlar Liqasının finalında "Borussiya" (Dortmund) ilə "Real" arasında keçiriləcək oyun barəsində proqnoz verib. Sport24.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, veteran futbolçu, Dortmund klubunun hər kəsi təəccübləndirəcəyini bildirib:
"Düşünürəm ki, "Borussiya" bu finalda təəccübləndirəcək və qalib gələcək. Məncə, əsas vaxt 1:1 hesabı ilə bitəcək və "Real" Vinisiusun sayəsində ilk qolu vuracaq. Daha sonra Malen əvəzedici kimi meydana çıxacaq və hesabı bərabərləşdirəcək, Marko Roys isə qələbə qolunu vuracaq".
Qeyd edək ki, "Borussiya" – "Real" matçı bu gün Londonda, "Uembli" stadionunda keçiriləcək. Oyun 23:00-da start götürəcək.