top
Robert Levandovski 16 illik qol quraqlığı ilə Polşadan sərt tənqid alır Idman.biz
26 oktyabr 2026, 10:42
- ↺ +

Robert Levandovski 16 illik qol quraqlığı ilə Polşadan sərt tənqid alır

ABŞ-nin "Çikaqo Fayr" futbol komandasının hücumçusu Robert Levandovski uzun illərdir üzləşmədiyi qol quraqlığı yaşayır.

İdman.Biz xəbər verir ki, Polşa millisinin üzvü MLS-də keçirdiyi son yeddi qarşılaşmada rəqib qapısına yol tapa bilməyib.

37 yaşlı futbolçu sonuncu dəfə sentyabrın 10-da "İnter Mayami" ilə görüşdə fərqlənib. Həmin vaxtdan bəri 572 dəqiqə meydanda olan Levandovski cəmi iki dəfə qapı çərçivəsinə dəqiq zərbə endirib.

Polşa nəşrinin məlumatına görə, hücumçu təxminən 16 ildir belə uğursuz seriya ilə qarşılaşmırdı. O, 2010-cu ildə Almaniyanın "Borussiya" (Dortmund) komandasında çıxış edərkən ardıcıl 10 oyunda qol vura bilməyib.

Levandovskinin hazırkı vəziyyəti Polşa mətbuatında ciddi tənqidlərə səbəb olub. "Przegląd Sportowy" nəşrinin jurnalisti Dariuş Dobek hesab edir ki, futbolçunun adı və keçmiş uğurları onun əsas heyətdəki yerini qorumasında mühüm rol oynayır.

Jurnalistin fikrincə, eyni göstəricilərə malik başqa hücumçu artıq ehtiyat oyunçular skamyasına göndərilərdi.

Bununla belə, "Çikaqo Fayr"ın heyətində Levandovskini əvəz edə biləcək təcrübəli mərkəz hücumçusu yoxdur. Digər nominal forvard, 20 yaşlı Din Bolts hələ əsas komandada debüt etməyib.

Polşalı futbolçunun cari mövsümdəki statistikası da diqqət çəkir. O, MLS-də keçirdiyi 16 oyunda altı qol vurub. Komandanın sabiq hücumçusu Hüqo Kuypers isə ayrılmazdan əvvəl 11 qarşılaşmada 13 dəfə fərqlənib.

Son turda "Atlanta Yunayted" üzərində 3:2 hesablı qələbə qazanan "Çikaqo Fayr"ın heyətində Levandovski yenə qol vura bilməyib. Hücumçu qarşılaşmada qapıya bir dəqiq zərbə belə endirməyib.

Polşa mətbuatı futbolçunun uğursuz çıxışının yalnız qol imkanlarından istifadə edə bilməməsi ilə bağlı olmadığını vurğulayır. Onun meydandakı ümumi fəallığı və komandanın hücum oyununa təsiri də tənqid olunur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:20

Roma, Corco De Marzi ilə 2031-ci ilə qədər yeni müqavilə imzaladı

Futbol
Bu gün, 16:19

Ağadadaş Salyanski: Millidə debut və qələbə – qazandığımız qələbəni də danmamalıyıq

Futbol
Bu gün, 16:04

PSJ Nitsada çətin sınaqla qarşı-qarşıya, “Lion” yeni dövrə başlayır – Liqa 1 11-ci turu

Futbol
Bu gün, 16:00

Viktor Osimhen Qalatasaray'ın ofsayda ən çox düşən hücumçusudur

Şahmat
Bu gün, 15:44

Azərbaycan şahmatçıları Qazaxıstanda keçirilən çempionatda iştirak edəcək

Futbol
Bu gün, 15:41

"Real" qapıcısı Tibo Kurtuanın müqaviləsini 2028-ci ilədək uzadıb

Futbol
Bu gün, 15:33

UEFA Millətlər Liqası 2026/27 üçün 1/4 final və pley‑off cütləri bəlli oldu

Futbol
Bu gün, 15:32

Azərbaycan qadın futbol millisi Səudiyyə Ərəbistanı ilə 2 yoxlama oyunu keçirəcək

Futbol
Bu gün, 15:20

PSJ-nin 13 üzvü "Globe Soccer Awards" mükafatlarına namizəd göstərilib

Futbol
Bu gün, 15:19

Mikel Arteta: Saka 4 həftə, Subimendi isə bir neçə həftə səhnələrdən uzaq qalacaq

Futbol
Bu gün, 15:05

Arsenal futbolçuları Bukayo Saka və Martin Subimendi zədələnib, növbəti matçıları qaçıracaq

Futbol
Bu gün, 15:04

Bundesliqanın 10-cu turunda liderlik mübarizəsi və 111-ci Şimal derbisinin rəqabəti

Futbol
Bu gün, 14:49

Samir Məmmədov: "Mingəçevir"in "Baku Sportinq" üzərindəki qələbəsi vacib idi

Futbol
Bu gün, 14:40

Monzanın hücumçusu Qustavo Varelaya Napoli və Yuventusdan ciddi maraq

Digər
Bu gün, 14:34

İsveç, Rusiyalı idmançıların yarışlara qatılmasını məhdudlaşdırmaq niyyətində

Futbol
Bu gün, 14:29

Vaqif Sadıqov: Aşağı yaş qrupları üzrə millilərimiz Avropa çempionatında bəzi oyunlarda xarakter nümayiş etdirdi

Basketbol
Bu gün, 14:24

14 yaşadək basketbolçular Azərbaycan milli komandası Serbiyada təlim-məşq toplanışı keçir

Futbol
Bu gün, 14:20

"İnter" Alessandro Bastoni ilə müqaviləni uzatmaq niyyətindədir, "Çelsi" və "Barselona" marağına baxmayaraq

Basketbol
Bu gün, 14:19

"Sumqayıt" basketbolçusu Rüstəm Əliyev: Mövsümün hədəfi ilk 4-lükdə yer almaqdır

Voleybol
Bu gün, 14:15

CEV Çellenc Kubokunda "Ordu": Niderlandın Simplex SSS komandası daha ciddi rəqibdir

Cüdo
Bu gün, 14:04

Asif Abdullayev: Şabranda cüdonun inkişafı, uşaqların fiziki hazırlığındakı problem və Azadığa yeni dünya çempionları

Futbol
Bu gün, 14:00

İlham Yadullayev: Səbail’in futbolçuları ikiqat rəqib kimi hərəkət etdi

Futbol
Bu gün, 13:41

Syudad-de-Yantsasa futbolçu Con Perlasa hakimə daş atıb, səkkiz il cəza aldı

Futbol
Bu gün, 13:40

Vis Pezaro'nun ispaniyalı hücumçusu Amadu Konate, Fransanın Reyms və İtaliyanın Modena klublarının marağına düşüb

Oxşar xəbərlər