top
Rəşad Sadıqov: “İnanıram ki, Azərbaycan futbolu qərəzli səhvlərdən qurtulacaq” İdman.biz
29 aprel 2024, 22:16
- ↺ +

Rəşad Sadıqov: “İnanıram ki, Azərbaycan futbolu qərəzli səhvlərdən qurtulacaq”

"Futbolçularıma təşəkkürümü bildirirəm. Qələbə qazanmaq üçün 90 dəqiqə əlimizdən gələni etdik. Fürsətlərdən yararlana bilmədik".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXXII turunda uduzan "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Gənc mütəxəssis "Araz-Naxçıvan"a 0:1 hesablı məğlubiyyəti şərh edib: "Rəqibin 90-cı dəqiqədə qapımıza ilk ciddi zərbəsi qolla nəticələndi. Mövsüm ərzində belə oyunlar olur. Bu da onlardan biri idi. Ərazi üstünlüyümüzü daha çox qol epizodları yaratmağa çevirə bilmirdik. Belə olan halda məğlubiyyət qaçılmaz olur. Amma ən azı oyun heç-heçə bitməli idi. Təəssüf ki, son dəqiqələrdə standart vəziyyətdən gözlənilməz qol buraxdıq. Ruhdan düşməməli, oyunumuzu davam etdirməliyik".

Rəşad Sadıqov hesab açılmadığı üçün son dəqiqələrin çətin keçəcəyini gözlədiyini bildirib: "Son dəqiqələrdə düşünürdüm. Bu qədər üstünlüyü qola çevirə bilmirsənsə, son dəqiqələrdə sənin üçün çətin keçəcək. Korner olanda ürəyimə damdı ki, qol olacaq. Hər komanda mövsüm ərzində 4-5 belə oyun keçirir".

"Zirə"nin baş məşqçi növbəti dəfə hakim qərarları barəsində fikir bildirib: "Hakimliklə bağlı köhnədən qalma bağlantılar var. Bəzi klubların hakimlərlə münasibəti... Əminəm ki, bu, yaxın gələcəkdə aradan qalxacaq. Amma hələ ki, davam edir. O bağlantılar aradan qalxmayana qədər çempionatda hər şey ola bilər. Bu gün ən azı 7-8 xal fərqlə 2-ci yerdə olmalı idik. Verilən, verilməyən penaltilər, ofsayd və s. Bu tip epizodlar çox olub. Təəssüf ki, mövsümün sonunda heç kim bunları yada salmayacaq. Bəzi qərarlar çəkilən əziyyətləri yerə vurur. Mənim 30 illik futbol təcrübəm var. İnşallah bəzi klubların hakimlərlə bağlantıları yaxın gələcəkdə aradan qalxacaq. Əminəm ki, gələn mövsümə qalmayacaq. Əvvəldən belə şeylərə göz yumulub. Müəyyən insanlar münasibətlərindən istifadə edirlər. Sayılmayan qol epizodu haqda danışmağı düzgün hesab etmirəm. Amma tək bu deyil ki, o qədər epizodlar var. İnanıram ki, Azərbaycan futbolu qərəzli səhvlərdən qurtulacaq".

Qeyd edək ki, 89-cu dəqiqədə qapısından top buraxan "Zirə" 5 oyundan sonra uduzub.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:08

Emre Belözoğlu Fənərbağçada ulduz futbolçunun transferini planlaşdırır

Futbol
Bu gün, 14:01

Joan Qadu Real, PSG və Arsenal klublarının marağındadır

Futbol
Bu gün, 14:00

Mircavadov: Klublar yerli futbolçulara şans verməlidir

Futbol
Bu gün, 13:40

Harry Kane: "Arsenal" akademiyası məni göndərsə də, onların yanıldığını göstərdim

Olimpiada
Bu gün, 13:35

Dakardakı Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycanı boksçu Gülər Hüseynova və taekvondoçu Adil Kazımlı təmsil edəcək

Qarabağ FK
Bu gün, 13:32

Mustafa Sek ‘Neftçi’de 20 dəqiqə oynadıqdan sonra komandadan ayrılmayacaq – KLUBDAN İDMAN.BİZ-Ə AÇIQLAMA

Futbol
Bu gün, 13:27

Difai məşqçisinin qırmızı kartı 1000 manat cəriməyə səbəb oldu

Futbol
Bu gün, 13:20

Cim Retkliffinin xərcləri azaltma tədbirləri "Mançester Yunayted" veteranlarının narazılığına səbəb olub

Futbol
Bu gün, 13:19

Mançester Yunayted Brentforddan Kollinzi və Fulhamdan Bassini almağa və başqa

Futbol
Bu gün, 13:16

Levandovskinin Skorupskinin çağırılmaması barədə iddiaları rədd etməsi və Koxalskinin Polşa millisinə davət edilməsi

Futbol
Bu gün, 13:01

Özbəkistan nümayəndə heyəti DÇ-2027 öncəsi “Neftçi”nin akademiyasında olub

Qarabağ FK
Bu gün, 13:00

Ramin Musayev: "Dambrauskasin bu qədər güclü mütəxəssis olduğunu gözləmirdim"

Güləş
Bu gün, 12:48

Mikayıl Cabbarov dünya çempionatı və gənclər Olimpiya oyunları uğur qazanan güləşçilərlə görüşdü

Voleybol
Bu gün, 12:43

"Ordu"nun baş məşqçisi Cavid Süleymanov: CEV Çelenc Kubokundakı qələbə bizi arxayınlaşdırmamalıdır;

Futbol
Bu gün, 12:40

Mənbə: Manuel Noyerin karyerası bu mövsümün sonunda başa çata bilər

Futbol
Bu gün, 12:39

AFFA İntizam Komitəsi: İki İcraçıyı Hakimə Təhqir üçün Cəzalandırdı

Futbol
Bu gün, 12:33

Vaqif Sadıqov U-17 yığmasının Almaniyanı 0:7 hesabıyla uduzmasının səbəblərini izah etdi

Futbol
Bu gün, 12:21

«Zirə»nin milli fasilədən sonra «İmişli»yə qarşı ilk matçı noyabrın 20-də olacaq

Futbol
Bu gün, 12:20

Manchester United futbolçuları təyyarədə münaqişədə düşdülər

Futbol
Bu gün, 12:10

Zidane: Mbappe zədə səbəbindən Fransa millisinin İtaliya ilə oyununu buraxacaq

Digər
Bu gün, 12:09

Yuliya Kərimova: "Qrup mərhələsinə yüksəlmək Azərbaycanın qadın voleybolu üçün mühüm hadisədir"

Futbol
Bu gün, 12:00

“Neftçi” Seneqalli ilə yollarını ayırmağa hazırlaşıyor

Qarabağ FK
Bu gün, 11:58

Neftçi sabiq kapitanı Iqor Mitreski: Liderliyi tam sonuna qədər qorumaq vacibdir

Cüdo
Bu gün, 11:44

Bakıda region cüdoçularının təlim‑məşq toplanışı başladı

Oxşar xəbərlər