top
Rəşad Eyyubov: Portuqaliya ilə oyundan əvvəl fikirlər Sport24.az
26 mart 2026, 14:36
- +

Rəşad Eyyubov: Portuqaliya ilə oyundan əvvəl fikirlər

U-21 yığma komandamızın baş məşqçisi Rəşad Eyyubov AVRO-2027-nin seçmə mərhələsinin Portuqaliya ilə oyunundan əvvəl jurnalistlərə danışıb. xəbər verir ki, gənc məşqçi sabahkı görüşdə yığmamızın əsas hədəfini açıqlayıb. 


- Sabah Portuqaliya kimi güclü rəqiblə oynayacaqsız. Belə matça futbolçuları hazırlamaq nə dərəcədə çətin və ya asandır?

Bizim üçün çətin olan bilirsiz nə idi? Bəzi oyunçularımız Əvəzedici Liqada oynayır. Bəziləri isə I Liqa və Premyer Liqada. Ən böyük çətinlik o idi ki, biz fiziki baxımından necə balans tapaq ki, hamı eyni kondisiyada olsun. Birinci çətinlik bu idi. Fiziki baxımdan bu oyuna tam hazırıq. İkinci məsələ, taktiki məsələdir. Bu baxımdan da qısa müddət ərzində futbolçulara maksimum məlumat ötürməyə çalışdıq. Bircə qalır, mental məsələ. Bu da futbolçuların özlərindən asılıdır. Mən daim futbolçulara deyirəm ki, özünüzə inanın, hədəflərinizi maksimum qoyun. Sadəcə sözlə yox, bunu əməllə meydançada göstərmək lazımdır.

 

- Bu oyunda Azərbaycan yığmasının əsas məqsədi nədir, mümkün qədər böyük hesabla uduzmamaq, yoxsa heç-heçə etmək?

Həmişə səmimiyəm. Deyə bilərəm ki, bizim əsas məqsədimiz oyunçularımızı A milliyə hazırlamaqdır. Çünki bura U-21 yığmasıdır. Çox vacib məsələ odur ki, oyunçular pozitiv təcrübə alsınlar və növbəti addımı atanda, onlar mental olaraq qələbələrə hazır olsunlar. Fərqi yoxdur, biz Portuqaliyaya qarşı oynayırıq, yoxsa başqa milliyə. Heç bir rəqib qələbəni bizdən çox istəyə bilməz.

 

- Deyirlər ki, zaman hər şeyin dərmanıdır. Sizcə, ilk dövrədəki 0:5 hesablı məğlubiyyətin izi futbolçularda qalmayıbki? Hər halda, ağır məğlubiyyət olub..

Əlbəttə, belə məğlubiyyətlər yaddaşdan silinmir, oyunçular bunu dərk edirlər. Biz bu barədə də danışmışıq. Əlimizdən gələni edəcəyik ki, Portuqaliya görüşdən pozitiv nəticə ilə ayrılaq.

 

- Rüfət Abbasov U-21 yığmasındadır, Xəyal Əliyev isə əsas millidər. Ayxan Abbasovla danışığınız necə oldu? Xəyal Əliyev Bolqarıstan səfərində sizə qoşula bilər?

Prioritet əsas millidir. Biz də oyunçuları ora üçün hazırlayırıq. Əlbəttə ki, Xəyal bizim üçün çox önəmli futbolçudur. Görürsüz ki, bizdə hücumda bəzi problemlər var idi. Ağadadaş Salyanski çox az dəqiqələr alır. Bəzi oyunçuları başqa mövqelərdə oynatmaq məcburiyyətindəyik.

 

- "Sabah"a məxsus olsa da, "Araz-Naxçıvan"ın qapısını icarə əsasında qoruyan Süleyman Həsənov geniş siyahınıza daxil etmişdiniz?

Əlbəttə ki, onun barəsində məlumatlımız var. Geniş siyahımızda 100-dən çox oyunçu var. Bütün oyunçuları izləyirik. Süleyman da o siyahıdadır. Sadəcə indiki halda daim Premyer Liqada dəqiqə alan Xəyal Feyzullayev var. Səlim Həşimov da keçən il yaxşı çıxış edib. Sadiq Ramazanov da I Liqada oynayır, çox perspektivli qolkiperdir. Qapıçılar çoxdur. Gələcəkdə də rotasiyalar ola bilər.


- Oyun adətən axşam saatlarında olur. Bu oyunun 15:00-da keçirilməsi hazırlığınıza təsir göstərdi?

Xeyr. Oyunçuların çoxu bu vaxtlarda oynamağa öyrəşib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:25

Azərbaycan Premyer Liqası: Sabah - Kəpəz görüşü

Futbol
Bu gün, 09:20

Seneqalın keçmiş baş məşqçisi federasiyadan 646 min avro tələb edir

Futbol
Bu gün, 09:13

"Liverpul" İbrahim Mbaye üçün ilk təklifini irəli sürəcək

Futbol
Bu gün, 09:00

"Sabah" "Kəpəz" ilə qarşılaşır

Minifutbol
Bu gün, 09:00

„Araz-Naxçıvan“ və „İmişli“ üz-üzə

Minifutbol
Bu gün, 08:20

"Araz-Naxçıvan" "İmişli" ilə qarşılaşır

Futbol
Bu gün, 08:14

Çelsi “Mançester Siti”nin 120 milyon funt sterlinq təklifini nəzərdən keçirəcək

Futbol
Bu gün, 07:11

Endrik “Şalke 04” matçında iştirak etməyəcək

Futbol
Bu gün, 06:10

Kristian Romero “Tottenhem”i tərk edib

Futbol
Bu gün, 05:17

Avropa çempionu Çiro İmmobile futbol karyerasını başa vurub

Futbol
Bu gün, 04:13

Breel Embolo MLS klubuna keçməyə yaxındır

Futbol
Bu gün, 03:05

Komo klubu Çelsinin hücumçusunu transfer etməyə çalışır

Futbol
Bu gün, 02:04

Kərim Benzema əvəzlənməsindən narazı qalaraq məşqçi ilə mübahisə edib

Futbol
Bu gün, 01:53

Atalanta yoldaşlıq oyununda Atletik Bilbaonu məğlub edib

Futbol
Bu gün, 01:35

Koventri Siti yoxlama oyununda Monakonu məğlub edib

Futbol
Bu gün, 00:55

Türkiyə Superliqası: Qalatasaray debütant Arca Çorumu məğlub edə bilməyib

Futbol
Bu gün, 00:32

Dastan Satpayev 2026/2027 mövsümünü “Börnli”də keçirəcək

Futbol
Bu gün, 00:10

Kilian Mbappe: „Əminəm ki, bu mövsüm titul qazanmağa qayıdacağıq“

Futbol
Dünən, 23:57

Misli Premyer Liqasının 1-ci turu: Turan Tovuz - Qəbələ

Futbol
Dünən, 23:49

"Liverpul"un səhmlərinin bir hissəsi "1892 Holdings"ə satılıb

Futbol
Dünən, 23:32

Qalatasaray Aleksey Batrakov üçün 25 milyon avro təklif edib

Futbol
Dünən, 23:15

Əliyar Ağayev "Rakuv" - "Hayduk" oyununa təyinat alıb

Güləş
Dünən, 23:00

Süleyman İsmayılzadə Avropa Çempionatında 17-ci olub

Futbol
Dünən, 22:54

"Səbail" Türkiyədə ilk yoxlama oyununda qələbə qazandı

Oxşar xəbərlər