top
Rəşad Eyyubov Cəbəllütariq Oyunundan Sonra: Daha Çox Qol Vurmağa Layiq İdik Idman.biz
19 noyabr 2025, 16:47
- +

Rəşad Eyyubov Cəbəllütariq Oyunundan Sonra: "Daha Çox Qol Vurmağa Layiq İdik"

"Bu oyun ilk növbədə mənim üçün maraqlı idi".

İdman.Biz xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Cəbəllütariq yığması ilə keçirilən oyunla bağlı AFFA-nın mətbuat xidmətinə asçıqlamasında bildirib.

Baş məşqçi millimizin 1:0 hesabı ilə qalib gəldiyi görüşdəki çıxışından razı qaldığını deyib: "Bu oyun ilk növbədə mənim üçün maraqlı idi. Əsas məsələ rəqibin 10 nəfərlə müdafiə olunduğu bloku necə yaracağımız idi. Birinci hissədə bir neçə qol epizodu yaratdıq, amma dəyərləndirə bilmədik. İkinci hissədə sistemi dəyişdik və rəqibə daha çox təzyiq etdik. Ümumilikdə daha çox qol vurmağa layiq idik, amma 3 xal və qələbə məni sevindirir. Bilirdik ki, burada oyun çətin olacaq. Eyni problemlərlə Çexiya və Şotlandiya da üzləşmişdi".

Rəşad Eyyubov qarşılaşmada qələbə qoluna imza atan Murad Məmmədovun bu cür performansına təəccüblənmədiyini söyləyib: "Murad Məmmədovun matçın açar oyunçularından biri olacağını bilirdim. Çünki o, aşağı bloklara qarşı oyun üçün əla keyfiyyətlərə malikdir. Ümid edirəm ki, bu qol Murada daha da çox özünəinam verəcək".
O, əsas millinin rəsmi matçlarından sonra U-21-in düşərgəsinə qoşulan Rüfət Abbasovla bağlı da fikirlərini açıqlayıb: "Rüfətə təşəkkür edirəm. Uzun və çətin yolçuluqdan sonra xarakter göstərdi, 90 dəqiqə mübarizə apardı. Ümumiyyətlə, bütün komanda daha dominant üslubda oynaya bildiyini nümayiş etdirdi. Bir çox futbolçu məni müsbət mənada təəccübləndirdi".
R.Eyyubov A millinin baş məşqçisi Ayxan Abbasovun matçı stadiondan izləməsinə də toxunub: "Milli komandanın baş məşqçisinin oyunumuzu izləməsi xoş oldu. Bu, futbolçulara əlavə motivasiya verdi. İndi isə görülən işin təhlilini aparacağıq. Gələcəyə nikbin baxırıq".

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
Dünən, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
Dünən, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
Dünən, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
Dünən, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
Dünən, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
Dünən, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
Dünən, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
Dünən, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
Dünən, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
Dünən, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
Dünən, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
Dünən, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
Dünən, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
Dünən, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
Dünən, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
Dünən, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
Dünən, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
Dünən, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
Dünən, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
Dünən, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
Dünən, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
Dünən, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Futbol
Dünən, 00:11

Rodri "Barselona"ya keçəcək

Oxşar xəbərlər