top
Rəcəb Fərəczadə: “Onun yerinə olsaydım, seçimi başqa edərdim” İdman.biz
01 iyun 2024, 12:13
- ↺ +

Rəcəb Fərəczadə: “Onun yerinə olsaydım, seçimi başqa edərdim”

"Son Avropa çempionatındakı uğurdan sonra gözləntilərimiz yenə qızıl medaldır".

Bunu İdman.bizə minifutbol üzrə "Aznur"un baş məşqçisi Rəcəb Fərəczadə deyib.

Azərbaycan millisinin sabiq futzalçısı Bosniya və Herseqovinada keçiriləcək Avropa çempionatında millimizdən gözləntilərni açıqlayıb. O bildirib ki, yığmamıza inamı böyükdür: "Bu dəfə daha çətin olacaq. Çünki son Avropa çempionuna qarşı hər kəs ikiqat məsuliyyətlə hazırlaşacaq. Amma bu, gözləntilərimizi dəyişmir. Avropa çempionluğunu gözləyirik. Üstünlüyümüz isə komandamızın bir qədər də güclənməsi, təcrübəsini artırmasıdır. Son Azərbaycan çempionatı da maraqlı keçdi. 14 komandanın 8-i demək olar ki, yaxşı və maraqlı komandalar idi. Yığmamızın Elşad Quliyevin rəhbərliyi altında yeni uğura imza atacağımıza inanıram".

Fərəczadə milli komandaya seçimi də dəyərləndirib: "Aznur"dan 2 nəfər dəvət alıb. Bunlar Tural Məmmərzəyev və Kamran Qürbətovdur. Hər ikisinin yaxşı, özünəməxsus oyunları var. Döyüşkəndirlər və hər zaman qapıya düşmək haqqında düşünürlər. Millinin məşqçisinin seçimlərinə hörmətlə yanaşıram. Bəlkə də onun yerinə olsaydım, seçimi başqa edərdim. Hər məşqçinin öz seçimi var. Güclülərin millidə yığıldığı fikrindəyəm. Yığmamızın oyunçularının etimadı doğruldub layiqincə mübarizə aparacağına ümid edirəm".

Qeyd edək ki, Avropa çempionatında Azərbaycan Belçika, İtaliya və Fransaya qarşı mübarizə aparacaq. Elşad Quliyevin yetirmələri ilk oyunu iyunun 2-də Belçikaya qarşı keçirəcəklər.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:09

Mançini Mbappe-nin zədələnməsindən risk etməməsini tövsiyə etdi

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Oxşar xəbərlər