İspaniyanın "Real" və "Barselona" klubları İngiltərə təmsilçisi "Tottenhem"də çıxış edən futbolçu Kristian Romero ilə maraqlanır.
"Report" xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Madrid təmsilçisi yayda 27 yaşlı müdafiəçini heyətinə qatmaq niyyətindədir.
İspaniyanın "Atletiko" klubu da argentinalı oyunçunu yaxından izləyir.
Qeyd edək ki, 2022-ci ildən London təmsilçisində çıxış edən Romeronun müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.