İspaniyanın "Real" klubu İtaliya təmsilçisi "Latsio"da çıxış edən Mario Hilanı yenidən heyətinə qatmaq istəyir.
"Report" xəbər verir ki, bu barədə "Lalaziosiamonoi" portalı məlumat yayıb.
"Kral klubu"nun rəhbərliyi 24 yaşlı ispan müdafiəçinin A Seriyasındakı çıxışına heyran qalıb. İtaliyanın "Milan" klubu da oyunçu ilə maraqlanır.
Qeyd edək ki, Mario Hila cari mövsüm Roma təmsilçisinin heyətində 19 oyun keçirib və 1 qol vurub. 2019-2022-ci illər aralığında "Real"ın əvəzedici kollektivində çıxış edən futbolçu 2022-ci ildə əsas komandanın heyətində 2 matça çıxıb.