Bu gün Premyer Liqanın 18-ci turu çərçivəsində "Mançester Siti" səfərdə "Everton"la 1:1 hesablı heç-heçə edib. Sport24.az xəbər verir ki, "şəhərlilər" 28 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Komandanın çalışdırıcısı Pep Qvardiola qışda transfer bazarında çalışacağından danışıb:
"Qış transfer pəncərəsi çətin dövrdür. Hətta futbolçular da bilirlər ki, bir neçə yeni transferlə güclənmək lazımdır. Amma yeni gələnlər gəlib komandada olan oyunçuların yerini alanda, həmin oyunçular məyusluq hiss edirlər. Amma biz çoxlu zədələri var və bu problemdir. Məqsəd növbəti 4-5 il ərzində komandada oynaya biləcək oyunçu ilə müqavilə bağlamaqdır, sonra baxarıq. Bəzən bu asan olmur. Biz cəhd etməliyik. Bu gün 8 vacib oyunçu matça hazır deyildi və Kevin de Bruyne 90 dəqiqə tam oynamağa hazır deyildi, amma bəlkə də onu daha əvvəl meydana çıxarmalıydıq. Müqavilələr uzunmüddətli perspektivlə imzalanmalıdır. Biz bunun üzərində işləyirik. Əlbəttə, klubla danışmalıyıq və onlar qərar verəcəklər".