İspaniyanın "Barselona" klubunun futbolçusu Dani Olmo iki seçim arasındadır.
"Report" "Footboom"a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi İngiltərə təmsilçiləri "Mançester Siti" və "Mançester Yunayted"in diqqət mərkəzinə düşüb.
Hər iki kollektiv oyunçunu azad agent kimi heyətlərinə qatmaqda maraqlıdırlar. Futbolçunun agenti artıq Mançester şəhərində bir neçə görüşlər keçirib.
Qeyd edək ki, D.Olmo cari mövsüm "Barselona"nın heyətində 15 oyunda iştirak edib və 6 qol vurub.