Futbol üzrə İngiltərə Premyer Liqasında "Mançester Siti" yenə qələbə qazana bilməyib.
"Report" xəbər verir ki, "şəhərlilər" XVIII turun açılış oyununda doğma meydanda "Everton"la heç-heçəyə razılaşıb - 1:1.
Matçda hesabı ev sahibləri açıb. 14-cü dəqiqədə Bernardu Silva fərqlənib. Qonaqları məğlubiyyətdən xilas edən qola isə 36-cı dəqiqədə Lliman Ndiaye imza atıb. Xosep Qvardiolanın rəhbərlik etdiyi kollektiv 53-cü dəqiqədə real qol fürsətini əldən verib. Erlinq Holann penalti zərbəsindən yararlana bilməyib.
Qeyd edək ki, son 13 qarşılaşmada 1 qələbə qazanan "Mançester Siti" turnir cədvəlində 28 xalla 6-cı sırada qərarlaşıb. "Everton" isə 17 xalla 15-cidir.