top
“Real” ən çox sevilən klubdur - ARAŞDIRMA İdman.biz
13 may 2024, 13:32
- ↺ +

“Real” ən çox sevilən klubdur - ARAŞDIRMA

"Biz dünyada ən sevimli klubuq" – bunu Madrid "Real"ının prezidenti Florentino Peres komandasının Çempionlar Liqasının yarımfinalında Münhen "Bavariya"sını üstələyərək finala adlamasından sonra deyib.

Sosial şəbəkələrə baxdıqda ispanların rəhbərinin bu sözlərinin həqiqiliyinə heç bir şübhə qalmır.

İdman.biz sosial şəbəkələrdə klubların izləyici sayını nəzərdən keçirməklə bu sahədə hazırda ən populyarlarını müəyyənləşdirib.

Madrid "Real"ı əksər sosial şəbəkələrdə liderliyi əlində saxlayır. "Kral klubu"na əsas rəqabəti elə La Liqadan əzəli rəqibi "Barselona" aparır.

Daha çox izləyici instaqram və feysbukdadır. Hər iki şəbəkədə izləyici sayında 100 milyonu keçən yalnız adlarını çəkdiyimiz iki ispan klubdur.

İnstaqramda "Real"ın 158 milyon, "Barselona"nın 127 milyon izləyicisi var. Digər klublar bu mübarizədə çox geri qalırlar. PSJ-nin 64,8 milyon, "Mançester Yunayted"in 63,6 milyon, "Yuventus"un 60,4 milyon, "Mançester Siti"nin 53,2 milyon, "Liverpul"un 45,4 milyon, "Bavariya"nın 42,1 milyon, "Çelsi"nin 41,9 milyon izləyicisi var.

Feysbukda 123 milyon izləyicisi olan "Real" "Barselona"dan 9 milyon öndədir. Üçüncülük 83 milyon izləyicisi olan "Mançester Yunayted"dədir. Sonrakı yerlərdə "Bavariya" (60 milyon), "Çelsi" (55 milyon), PSJ (52 milyon), "Mançester Siti" (51 milyon), "Liverpul" (48 milyon) və "Yuventus"dur (47 milyon).

Tvitterdə 48,7 milyon izləyicili "Barselona" 50,4 milyon izləyicisi olan "Real"ı yaxından izləyir. "Üçlüy"ü burada da "Mançester Yunayted" inamla əlində saxlayır (37,7). 20 milyon həddini digər klublardan yalnız 3 İngiltərə təmsilçisi aşa bilib – "Çelsi" (25,6 milyon), "Liverpul" (24,4 milyon), "Arsenal" (22,3 milyon). Bu ölkənin daha bir klubu – "Mançester Siti" də (17,5 milyon) həmin həddi keçməyə ən yaxın namizəddir.

Tik-tokda "Real"ın (42,4 milyon) rəqibi cəmi 100 min geri qalan PSJ-dir (42,3 milyon). Üçüncü olan "Barselona" (34,1 milyon) ilə isə burada "Yuventus" (32,9) rəqabət aparır. İki Mançester klubu arasında da sərt mübarizə gedir. "Yunayted"in 25,3 milyon, "Siti"nin 25 milyon izləyicisi var. Daha bir rəqabət "Liverpul" (19,6 milyon) və "Bavariya" (19,5 milyon) arasında gedir.

Vatsappda "Barselona" (33 milyon) ikinci olsa da, "Real"la (52,1 milyon) rəqabət apara bilmir. Burada üçüncülük "Mançester Siti"dədir (29,4 milyon). "Liverpul"un 20,3 milyon, "Mançester Yunayted"in 14,7 milyon izləyicisi var.

"Real" liderliyi tək yutubda ələ keçirə bilməyib. "Barselona" 17,1 milyon izləyici ilə 13,2 milyon izləyicisi olan "Kral Klubu"nu qabaqlayır. "Liverpul" 9,85 milyon izləyici ilə üçüncüdür. Sonrakı yerlərdə "Mançester Yunayted" (8,91 milyon), "Yuventus" (7,58 milyon), PSJ (7,49 milyon) və "Mançester Siti"dir (7,32 milyon).

Vüqar Məmmədov
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:21

«Zirə»nin milli fasilədən sonra «İmişli»yə qarşı ilk matçı noyabrın 20-də olacaq

Futbol
Bu gün, 12:20

Manchester United futbolçuları təyyarədə münaqişədə düşdülər

Futbol
Bu gün, 12:10

Zidane: Mbappe zədə səbəbindən Fransa millisinin İtaliya ilə oyununu buraxacaq

Digər
Bu gün, 12:09

Yuliya Kərimova: "Qrup mərhələsinə yüksəlmək Azərbaycanın qadın voleybolu üçün mühüm hadisədir"

Futbol
Bu gün, 12:00

“Neftçi” Seneqalli ilə yollarını ayırmağa hazırlaşıyor

Qarabağ FK
Bu gün, 11:58

Neftçi sabiq kapitanı Iqor Mitreski: Liderliyi tam sonuna qədər qorumaq vacibdir

Cüdo
Bu gün, 11:44

Bakıda region cüdoçularının təlim‑məşq toplanışı başladı

Gimnastika
Bu gün, 11:31

Azərbaycan gimnastları 32-ci Dünya Yaş Qrupları yarışı finalına çatdı

Voleybol
Bu gün, 11:28

Sportinq, Xilasediciyə məğlub olaraq Portuqaliyada məyusluqla qarşılandı

Futbol
Bu gün, 11:20

La Liqada son 10 mövsümdə bu qədər qol vurulmayıb

Voleybol
Bu gün, 11:13

‘Xilasedici’ baş məşqçisi: Yeni hədəflər üçün mübarizə davam edir

Gimnastika
Bu gün, 11:07

Ömər Qasımlı və Muhamməd Həsənli Çində dünya yaş qrupları gimnastikada finala vesiqə qazandı

Basketbol
Bu gün, 11:00

Gəncə, FIBA Avropa Kuboku üçün Türkiyə klubuna qarşı döyüşəcək

Futbol
Bu gün, 10:58

Hansi Flik, Rafael Nadal və Rodri Barselona'da xüsusi mükafat alacaq

Futbol
Bu gün, 10:40

Almaniyalı milli futbolçu Niklas Zülənin: Karyeram boyunca gündə üç pivə içdiyim

Digər
Bu gün, 10:38

Usman Nurməhəmmədov və Merab Dvalişvili Əbu-Dabidə saxlanıldı

Futbol
Bu gün, 10:22

Murad Məmmədov: 7 il sonra Emreliyə verdiyi sözünü yerinə yetirdi, milli komandaya qatıldı

Futbol
Bu gün, 10:20

Arsenal Aleks Skottu Qazanmağa Cəhd Etdi

Futbol
Bu gün, 10:11

Kevin De Bruyne PSV-yə transfer ola bilər

Futbol
Bu gün, 10:09

Barselona, Kamp Nouda 1500 kvadratmetrli kolumbarium tikləyəcək

Futbol
Bu gün, 10:00

Polşalı klub 'Sabah'ın futbolçusuna təklif etdi, amma o qapını bağladı

Basketbol
Bu gün, 09:54

LANDAU Lions baş məşqçisi: “Qələbəyə yaxın idik, amma müdafiədə səhvlər bizi məğlub etdi”

Futbol
Bu gün, 09:40

Bavariya Oskar Pituşevski üçün 60M avro təkliflə yenidən maraq göstərdi

Futbol
Bu gün, 09:39

Kriştianu Ronaldo Portuqaliyalı ulduz serialda aktyor olacaq

Oxşar xəbərlər