Bu il Premyer Liqanı tərk edən "Vulverhempton" növbəti transferini reallaşdırıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Canavarlar" sabiq futbulçusu Raul Ximenezlə anlaşıb.
35 yaşlı hücumçu "Vulverhempton"la 2+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Ximenez daha əvvəl 2018–2023-cü illər arasında "Vulverhempton" çıxış edib və bu müddətdə 166 oyunda 57 qol vurub.