top
Ramiz Məmmədov: Biz heç vaxt nə qorxaq futbol oynamışıq, nə də vaxt uzatmışıq” Sport24.az
17 may 2024, 16:06
- ↺ +

Ramiz Məmmədov: "Biz heç vaxt nə qorxaq futbol oynamışıq, nə də vaxt uzatmışıq”

Dünən futbol camiəsinin diqqəti I Liqanın XXVI turu çərçivəsində baş tutan "Qardağ Lökbatan" – "Şamaxı" matıçına yönəlmişdi. Qəəbə təmsilçisi qalib gələcəyi təqdirdə çempionluğu rəsmiləşdirəcəkdisə, qonaqlar meydandan 3 xalla ayrılacağı halda "qızıl"a doğru ciddi addım atmış olacaqdı. Qarşılaşma gözləndiyindən də maraqlı alınıb və görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bölgə təmsilçisi sonuncu turda autsayder "Araz Saatlı" ilə qarşılaşacaq. Möcüzə baş verməsə, Ramiz Məmmədovun çalışdırdı komanda autsayderi məğlub edib elitaya vəsiqəni rəsmiləşdirəcək. Ancaq Sport24.az-a müsahibə verən Məmmədov elita barədə Saatlı təmsilçisi ilə oyundan sonra danışa biləcəklərini vurğulayıb.

 

- Öncə son oyunla bağlı fikirlərinizi bölüşərdiz...
- Heç bir rəqibə yuxarıdan aşağı baxmırıq. Bizim üçün hər oyun, hər qələbə böyük zəhmət və fədakarlıqla başa gəlib. Son oyunda lider komandaya qalib gəldik. Həmkarım Azər Həşimov çox mübariz, döyüşkən kollektiv formalaşdırıb. Qalib gəldiyimizə sevinirəm. Rəqibi də gözəl oyuna görə təbrik edirəm. Məncə, stadiona gələn azarkeşlər futboldan zövq aldılar.


 

- Bəzi qarşılaşmalarda gözlənilmədən vacib xallar itirdiz. Sizcə, bu oyuna qədər daha yaxşı çıxış edib çempionluğunuzu rəsmləşdirmək olardı?
- Mən və futbolçularım hər zaman yumruq kimi olmuşuq. Bəli, vacib xallar itirmişik. Amma heç kim deyə bilməz ki, biz meydanda əl-qolumuzu sallayıb məğlub olmuşuq. Yenildiyimiz oyunların əksəriyyətində meydanda üstün tərəf biz olmuşuq. Sadəcə, hesabda uduzmuşuq. Yetirmələrimə hər şeydən əvvəl mübariz olmağı aşılamışam.

- Matçın qəhramanı Emin Zamanov haqqında nə deyərdiz?
- Emin bizim üçün dəyərli oyunçudu. O, kapitan kimi də həmişə işinin öhtəsindən gəlir. "Qaradağ Lökbatan"la oyunda da komandanın lideri olduğunu göstərdi. Amma Emini xüsusi fərqləndirməzdim, qələbəni bütün futbolçular qazandı. Mənim üçün bütün oyunçularım birdi, hamısı əzizimdi.


- Üçüncü qoldan sonra futbolçularınız tez-tez özlərini yerə atır, oyunun tempini aşağı salırdılar...
- Söylədiklərinizlə razı deyiləm. Biz heç vaxt nə qorxaq futbol oynamışıq, nə də vaxt uzatmışıq. Sadəcə, 3-cü qoldan sonra rəqib təzyiqi artırdı, biz də məcbur olub daha çox müdafiəyə diqqət ayırdıq.


- Sonuncu turda "Araz Saatlı"yla qarşılaşacaqsız. Onlar autsayder olsa da, itirəcəkləri nəsə yoxdu. Son turda da "İmişli"ni məğlub etdilər. Saatlı təmsilçisinin sizə də başağrı olacağından çəkinmirsiz?
- Bütün rəqiblərimizə eyni gözlə baxır, hörmət edirik. "Şamaxı" üçün autsayder, lider anlayışı yoxdu. Bütün rəqiblərimiz güclüdü. "Şamaxı" üçün hələ çempionat bitməyib. Autsayderlə qarşılaşırıq deyə meydana arxayın çıxa bilmərik, bunu heç kim ağlından belə keçirmir. Yalnız  "Araz Saatlı"nı yenəndən sonra çempionluğumuzu rəsmiləşdirə bilərik. Qalib gəlmək üçün son saniyələrə kimi döyüşəcəyik.


- Artıq elita üçün planlar cızmağa başlamısız?
- Xeyr. Hələ çempionat bitməyib. Hazırda bütün məqsədimiz "Araz Saatlı" səddini keçməkdi.


- Ramiz Məmmədov "Şamaxı"da qalacaq?
- İndidən nəsə deyə bilmərəm.

ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 11:13

‘Xilasedici’ baş məşqçisi: Yeni hədəflər üçün mübarizə davam edir

Gimnastika
Bu gün, 11:07

Ömər Qasımlı və Muhamməd Həsənli Çində dünya yaş qrupları gimnastikada finala vesiqə qazandı

Basketbol
Bu gün, 11:00

Gəncə, FIBA Avropa Kuboku üçün Türkiyə klubuna qarşı döyüşəcək

Futbol
Bu gün, 10:58

Hansi Flik, Rafael Nadal və Rodri Barselona'da xüsusi mükafat alacaq

Futbol
Bu gün, 10:40

Almaniyalı milli futbolçu Niklas Zülənin: Karyeram boyunca gündə üç pivə içdiyim

Digər
Bu gün, 10:38

Usman Nurməhəmmədov və Merab Dvalişvili Əbu-Dabidə saxlanıldı

Futbol
Bu gün, 10:22

Murad Məmmədov: 7 il sonra Emreliyə verdiyi sözünü yerinə yetirdi, milli komandaya qatıldı

Futbol
Bu gün, 10:20

Arsenal Aleks Skottu Qazanmağa Cəhd Etdi

Futbol
Bu gün, 10:11

Kevin De Bruyne PSV-yə transfer ola bilər

Futbol
Bu gün, 10:09

Barselona, Kamp Nouda 1500 kvadratmetrli kolumbarium tikləyəcək

Futbol
Bu gün, 10:00

Polşalı klub 'Sabah'ın futbolçusuna təklif etdi, amma o qapını bağladı

Basketbol
Bu gün, 09:54

LANDAU Lions baş məşqçisi: “Qələbəyə yaxın idik, amma müdafiədə səhvlər bizi məğlub etdi”

Futbol
Bu gün, 09:40

Bavariya Oskar Pituşevski üçün 60M avro təkliflə yenidən maraq göstərdi

Futbol
Bu gün, 09:39

Kriştianu Ronaldo Portuqaliyalı ulduz serialda aktyor olacaq

Futbol
Bu gün, 09:27

İngiltərə vs Xorvatiya, Türkiyə vs Belçika: Millətlər Liqası beşinci turu

Futbol
Bu gün, 09:23

400 milyon avro itirildi: Avropanın ən pis idarə olunan futbol klubu elan edildi

Futbol
Bu gün, 09:20

Aston Villa, müdafiəçi İan Maatsenlə müqaviləni 2032-yə qədər uzatdı

Futbol
Bu gün, 09:08

Zidan Juventus’da məşqçilik arzusu

Basketbol
Bu gün, 09:01

FIBA Avropa Kubokunda ‘Gəncə’ bu gün ‘Esenler Erokspor’ ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Benfikanın 20 yaşlı argentinalı oyunçusuna 100 milyon avro dəyər qoyuldu

Futbol
Bu gün, 08:40

Valeryen İsmael 'Havr', Beşiktaş'ın keçmiş baş məşqçisini Fransa klubunun yeni məşqçisi olacaq

Futbol
Bu gün, 08:20

Fiorentina David de Xea ilə yollarını ayırmağı planlaşdırır

Futbol
Bu gün, 08:13

Pep Qvardiola ABŞ futbol millisinə rəhbərlik edə bilər

Futbol
Bu gün, 08:00

ABŞ Futbol Federasiyası Manchester United-dan 10 milyon dollar tələb edə bilər

Oxşar xəbərlər