Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" Türkiyə 1-ci Liqasının pley-offunda uduzub. Sport24.az xəbər verir ki, Kocaeli təmsilçisi "Çorum"a məğlub olub.
Millimizin üzvü start heyətində yer alsa da, komandasına kömək edə bilməyib. Oyun rəqib komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu gün daha bir azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" "Bodrumspor"a (1:2) uduzaraq, mübarizəni dayandırıb.