Ramil Şeydayevin çıxış etdiyi "Kocaelispor" yeni baş məşqçisini açıqlayıb. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda yenidən Ertuğrul Sağlama tapşırılıb.
54 yaşlı mütəxəssisllə 1.5+1 illik müqavilə imzalandığı bildirilib.
Qeyd edək ki, Sağlam bu ilin fevral ayında istefaya göndərilmiş, onun yerinə isə Mustafa Gürsel təyin edilmişdi. Bu gün isə klub Gürsellə yolların ayrıldığını açıqlayıb. "Kocaelispor" 55 xalla 6-cı pillədədi və Superliqaya vəsiqə uğrunda pley-offda mübarizə aparacaq.