top
Rahid Əmirquliyev: Nəriman Axundzadənin xaricə getməsi xeyrinə ola bilər, üzərində təzyiq var idi Idman.biz
11 fevral 2026, 18:14
- ↺ +

Rahid Əmirquliyev: Nəriman Axundzadənin xaricə getməsi xeyrinə ola bilər, üzərində təzyiq var idi

"Nərimanın ABŞ çempionatına gedişi gözlənilməz oldu. O, kifayət qədər perspektivli futbolçudur. Bilirdik ki, "Qarabağ"dan ayrılsa, legioner həyatı yaşayacaq".

Bu sözləri "Qarabağ"ın keçmiş futbolçusu Rahid Əmirquliyev Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin ABŞ-ın "Kolumbus Kryu" klubuna transfer olunması ilə bağlı danışarkən deyib.

O, 22 yaşlı hücumçunu Avropa klublarından birində görməyi xəyal etdiyini söyləyib.

"İstəyirdim ki, Avropaya getsin və aparıcı çempionatlardan birində çıxış etsin. Çünki potensialı var. İnanıram ki, Nəriman ABŞ klubunda da özünü sübut edə biləcək. Son zamanlar üzərində təzyiq var idi. Bu səbəbdən "Qarabağ"da istədiyi oyunu göstərə bilmirdi. Ona görə də ölkə xaricində çıxış etmək onun xeyrinə ola bilər. Baş məşqçi Qurban Qurbanov da bu barədə fikrini bildirdi. İnanmıram ki, kimsə Nərimanı Qurban müəllimdən daha yaxşı tanısın. Hər bir halda Nərimanın gedişi "Qarabağ" üçün böyük itkidir", - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

Veteran futbolçu MLS-in çətin çempionat olduğunu vurğulayıb: "Bu baxımdan Nəriman üçün orada möhkəmlənmək asan olmayacaq. İlk mərhələdə önəmli olan komandaya uyğunlaşa bilməsidir. Əminəm ki, gələcəkdə daha yaxşı klublarda öz oyununu göstərəcək".

R. Əmirquliyev "Qarabağ"ın akademiyasında Nəriman Axundzadəni əvəzləyə biləcək gənc futbolçuların çıxış etdiyini söyləyib: "Akademiyada gənc istedadlar var. Bu vaxta kimi də həmin futbolçular əsas komandaya cəlb olunublar. Qurban Qurbanovun onları üzə çıxaracağına inanıram".

Qeyd edək ki, Nəriman Axundzadə "Kolumbus Kryu" klubu ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalayıb. O, beynəlxalq transfer sertifikatı və viza aldıqdan sonra yeni komandasının düşərgəsinə qoşulacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:42

Messi iştirak edəcək, Ronaldo hələ qərar verməyib

Futbol
Bu gün, 14:30

Borussia 19 yaşlı müdafiəçiyə 80 milyon avro qiymət qoydu

Digər
Bu gün, 14:24

Azərbaycan və Beynəlxalq Xizək və Snobord Federasiyası qış turizminin inkişafını müzakirə edib

Qarabağ FK
Bu gün, 14:23

Kadi Borqesin komandadan ayrılması barədə iddialar haqsızdır – "Qarabağ"dan İDMAN.BİZ‑ə rəsmi açıqlama

Digər
Bu gün, 14:02

«İmaməddin Xəlilovun hədəfi: yenidən paralimpiya və dünya çempionu olmaq;»

Qarabağ FK
Bu gün, 14:00

"Şükür ki, çəkdiyim əziyyətin bəhrəsini görürəm" – Şakir Seyidovun MÜSAHİBƏSİ

Futbol
Bu gün, 13:50

"Xəzər Lənkəran"ın qayıdışı AFFA-nı aşır — sabiq mətbuat katibindən müsahibə

Futbol
Bu gün, 13:49

Real və Liverpul niderlandlı qapıçısını transfer edəcək

Futbol
Bu gün, 13:34

Çelsi yenə xalsız qaldı

Digər
Bu gün, 13:33

Batumda Beşiktaşlı tələbələrə hücum edildi

Futbol
Bu gün, 13:30

"Fransa klubu baş məşqçi vəzifəsinə portuqaliyalı mütəxəssis gətirir"

Futbol
Bu gün, 13:27

«Neftçi müdafiəçisi Rüfət Abbasov qırmızı vərəqə barədə izahat verdi»

Futbol
Bu gün, 13:20

Xabi Alonso: "Çelsi" çətin dövr yaşayır, həll yolları tapmalıyıq

Futbol
Bu gün, 13:20

Abbasov: "Bu oyunda üzərimizdə böyük təzyiq hiss edirdik"

Güləş
Bu gün, 13:20

Polşalı qapıçı Voyçex Şensni "Barselona"dan ayrılır

Futbol
Bu gün, 13:10

Qonsales "İnter Mayami"nin pley-offdan düşməsindən sonra Messini müdafiə etdi

Futbol
Bu gün, 13:10

A Seriyası: "Latsio" liderlikdə, "Roma" və "İnter" təqibdə, "Komo" sürpriz edir, 13-cü turun icmalı

Qarabağ FK
Bu gün, 13:06

Bərdədə Zəfər gününə həsr olunan atletika üzrə rayon birinciliyi keçirilib

Futbol
Bu gün, 13:00

Elxan Məmmədov Fransadan qayıtmaq istəyir - Gənclər və İdman naziri və ya AFFA prezidenti kürsüsünə layiq görülmək iddiasındadır

Futbol
Bu gün, 13:00

Real Madrid futbolçularına və məşqçisinə BMW maşınları hədiyyə edildi

Futbol
Bu gün, 13:00

PAOK "Neftçi"nin bombardirinə rəğmən Yunanıstandan açıqlama

Digər
Bu gün, 12:58

Dünyanın ilk Qol Güləşi Çempionatı: Azərbaycan Komandası Favoritlər Arasında

Digər
Bu gün, 12:48

Azərbaycan Reqbi Federasiyasının prezidenti: "Reqbi bizdə geniş yayılmayıb, belə tədbirlərlə inkişaf edəcək"

Futbol
Bu gün, 12:48

"Neftçi" Zirədəki mövqeyini qorumaq üçün qələbə qazandı

Oxşar xəbərlər