"Atalanta" futbol klubu Raffaele Palladinonun baş məşqçi vəzifəsindən azad edildiyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, Palladinonun bütün məşqçilər heyəti də "Atalanta"nı tərk edir.
"Atalanta" Futbol Klubu Raffaele Palladino və komandasına göstərdikləri fədakarlığa görə təşəkkür edir və onlara gələcəkdə uğurlar arzulayır, - klubun açıqlamasında deyilir.
42 yaşlı Palladino 2025-ci ilin noyabr ayından bəri "Atalanta" komandasını çalışdırır və mövsümün ortalarında İvan Yuriçi əvəz edib.
Berqamo komandası bu yaxınlarda başa çatan mövsümdə İtaliya A Seriyasında yeddinci yeri tutdu.