"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında bu gün "Mançester Siti"yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, mütəxəssis "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiolaya qarşı oynamaqdan yorulduğunu deyib:
"Qvardiolanı qarşımda görməkdən yoruldum. O, fantastik məşqçidir, ancaq ona qarşı oynamaqdan bezmişəm. Buna baxmayaraq, onu izləmək həmişə xoşdur. Lakin başa düşək ki, görüş Ançelotti ilə Qvardiola arasında deyil, "Mançester Siti" ilə "Real" arasındadır.
Çətin və maraqlı qarşılaşma olacaq. Kimsə əvvəlcədən proqnoz verə bilməz. Son illərdəki kimi zövqverici oyun olacağını düşünürəm".
"Real" ilk oyunda rəqibini 3:2 hesabıyla məğlub edib.