top
Qvardiolanın Mourinyonu təhqir etməsinin pərdəarxası: Sabiq rəsmi hadisənin ətraflarını açıqladı Idman.biz
25 oktyabr 2026, 15:38
- ↺ +

Qvardiolanın Mourinyonu təhqir etməsinin pərdəarxası: Sabiq rəsmi hadisənin ətraflarını açıqladı

İspaniyanın "Barselona" futbol komandasının sabiq baş məşqçisi Xosep Qvardiolanın Joze Mourinyo ilə 2011-ci ildə yaşadığı qalmaqalın yeni detalları məlum olub.

İdman.Biz xəbər verir ki, Kataloniya klubunun 2011-2014-cü illərdə kommunikasiya direktoru vəzifəsində çalışan Xavyer Martin həmin dövrdə baş verən hadisələr barədə "Sport" nəşrinə danışıb.

Hadisə 2011-ci ilin aprelində, "Real Madrid" və "Barselona" arasında Çempionlar Liqasının yarımfinal qarşılaşması ərəfəsində yaşanıb.

Mourinyo mətbuat konfransında Qvardiolanı hakimlərin təkcə səhv deyil, düzgün qərarlarına da etiraz etməkdə ittiham edib. Portuqaliyalı mütəxəssisin sözləri Kataloniya təmsilçisinin baş məşqçisini sərt cavab verməyə vadar edib.

Qvardiola növbəti mətbuat konfransında Mourinyoya müraciət edərək bunları deyib:

"Mourinyo mənə Pep deməyi özünə rəva bildiyinə görə mən də ona Joze deyəcəyəm. Bu zalda o, hər şeyin sahibidir, əsas adamdır. Dünyanın ən ağıllı insanıdır. Onunla bir an belə rəqabət aparmaq istəmirəm".

Xavyer Martinin sözlərinə görə, Qvardiolanın bu çıxışı təsadüfi olmayıb və məqsəd Mourinyonun psixoloji təzyiqinə son qoymaq idi.

"Bu, təhqir deyildi. Qvardiola sadəcə olaraq artıq bəsdir demək istəyirdi. Həmin mətbuat konfransı onların rəqabətini tam əks etdirirdi. Biri meydanda qalib gəlmək istəyirdi, digəri isə mübarizənin meydandan kənarda da aparıldığını başa düşürdü", - deyə Martin bildirib.

Sabiq klub rəsmisi Qvardiolanın Mourinyoya cavab vermək qərarının əvvəlcədən düşünüldüyünü vurğulayıb.

"Pep susqunluğunu pozmalı olduğunu bilirdi və həmin ifadə ilə buna nail oldu. Jozenin meydandan kənarda hər şeyin sahibi olduğunu, meydanda isə kimin üstün gələcəyinin hələ məlum olmadığını söyləməklə ertəsi gün üçün mövqeyimizi ortaya qoyurduq", - deyə o əlavə edib.

Martinin sözlərinə görə, Qvardiolanın cavabı komandaya da müsbət təsir göstərib.

"Meydanda isə həmişə olduğu kimi, Messi danışdı", - deyə sabiq direktor fikrini tamamlayıb.

Qeyd edək ki, həmin qarşılaşmada "Barselona" səfərdə "Real Madrid"ə Lionel Messinin vurduğu iki qolla 2:0 hesabı ilə qalib gəlib. Cavab görüşündə qeydə alınan 1:1 hesablı heç-heçə Kataloniya təmsilçisini finala yüksəldib.

"Barselona" daha sonra həlledici görüşdə "Mançester Yunayted"i məğlub edərək Çempionlar Liqasının qalibi olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:34

Federiko Valverde "Real Madrid"lə müqaviləsini 2031-ci ilə kimi uzadıb

Futbol
Bu gün, 16:20

Roma, Corco De Marzi ilə 2031-ci ilə qədər yeni müqavilə imzaladı

Futbol
Bu gün, 16:19

Ağadadaş Salyanski: Millidə debut və qələbə – qazandığımız qələbəni də danmamalıyıq

Futbol
Bu gün, 16:04

PSJ Nitsada çətin sınaqla qarşı-qarşıya, “Lion” yeni dövrə başlayır – Liqa 1 11-ci turu

Futbol
Bu gün, 16:00

Viktor Osimhen Qalatasaray'ın ofsayda ən çox düşən hücumçusudur

Şahmat
Bu gün, 15:44

Azərbaycan şahmatçıları Qazaxıstanda keçirilən çempionatda iştirak edəcək

Futbol
Bu gün, 15:41

"Real" qapıcısı Tibo Kurtuanın müqaviləsini 2028-ci ilədək uzadıb

Futbol
Bu gün, 15:33

UEFA Millətlər Liqası 2026/27 üçün 1/4 final və pley‑off cütləri bəlli oldu

Futbol
Bu gün, 15:32

Azərbaycan qadın futbol millisi Səudiyyə Ərəbistanı ilə 2 yoxlama oyunu keçirəcək

Futbol
Bu gün, 15:20

PSJ-nin 13 üzvü "Globe Soccer Awards" mükafatlarına namizəd göstərilib

Futbol
Bu gün, 15:19

Mikel Arteta: Saka 4 həftə, Subimendi isə bir neçə həftə səhnələrdən uzaq qalacaq

Futbol
Bu gün, 15:05

Arsenal futbolçuları Bukayo Saka və Martin Subimendi zədələnib, növbəti matçıları qaçıracaq

Futbol
Bu gün, 15:04

Bundesliqanın 10-cu turunda liderlik mübarizəsi və 111-ci Şimal derbisinin rəqabəti

Futbol
Bu gün, 14:49

Samir Məmmədov: "Mingəçevir"in "Baku Sportinq" üzərindəki qələbəsi vacib idi

Futbol
Bu gün, 14:40

Monzanın hücumçusu Qustavo Varelaya Napoli və Yuventusdan ciddi maraq

Digər
Bu gün, 14:34

İsveç, Rusiyalı idmançıların yarışlara qatılmasını məhdudlaşdırmaq niyyətində

Futbol
Bu gün, 14:29

Vaqif Sadıqov: Aşağı yaş qrupları üzrə millilərimiz Avropa çempionatında bəzi oyunlarda xarakter nümayiş etdirdi

Basketbol
Bu gün, 14:24

14 yaşadək basketbolçular Azərbaycan milli komandası Serbiyada təlim-məşq toplanışı keçir

Futbol
Bu gün, 14:20

"İnter" Alessandro Bastoni ilə müqaviləni uzatmaq niyyətindədir, "Çelsi" və "Barselona" marağına baxmayaraq

Basketbol
Bu gün, 14:19

"Sumqayıt" basketbolçusu Rüstəm Əliyev: Mövsümün hədəfi ilk 4-lükdə yer almaqdır

Voleybol
Bu gün, 14:15

CEV Çellenc Kubokunda "Ordu": Niderlandın Simplex SSS komandası daha ciddi rəqibdir

Cüdo
Bu gün, 14:04

Asif Abdullayev: Şabranda cüdonun inkişafı, uşaqların fiziki hazırlığındakı problem və Azadığa yeni dünya çempionları

Futbol
Bu gün, 14:00

İlham Yadullayev: Səbail’in futbolçuları ikiqat rəqib kimi hərəkət etdi

Futbol
Bu gün, 13:41

Syudad-de-Yantsasa futbolçu Con Perlasa hakimə daş atıb, səkkiz il cəza aldı

Oxşar xəbərlər