top
Qurban Qurbanov Qarabağ - Turan Tovuz oyunu sonrası fikirlərini bölüşdü Sport24.az
04 may 2026, 22:25
- ↺ +

Qurban Qurbanov "Qarabağ" - "Turan Tovuz" oyunu sonrası fikirlərini bölüşdü

Misli Premyer Liqasının XXX turunun "Qarabağ" – "Turan Tovuz" oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

 

– Futbolçularımı təbrik edirəm. Sıx qrafikə baxmayaraq, sona qədər mübarizə apardılar. Oyunçularım  böyük xarakter nümayiş etdirdilər.

 

– Musa Qurbanlının zədəsi nə dərəcə ciddidir?

 

– Bir az vaxt lazım olacaq. Dizində ağrılar hiss etdi. Bir neçə gün əvvəl məşqdə də eyni hal yaşanmışdı. Sabah daha dəqiq bilinəcək. Onun həmin nahiyədə xroniki zədəsi var.

 

– Buraxdığınız qolda Koxalskinin səhvi var idi, ya rəqibin ustalığı?

 

– Hər ikisi. Ayxan baxımlı zərbə endirdi, amma qapıçı da belə toplara reaksiya verməlidir.

 

– Sanki zərbəyə hazır deyildi…

 

– Sanki ciddiyə almırdı. Təkrar epizoda baxdım, zərbə də keyfiyyətli idi.

 

– Ramil Şeydayev bu il cəmi bir oyuna çıxıb və 9 dəqiqə şans qazanıb. Alternativ yox idi oynadı, ya məşqlərdə özünü göstərir?

 

– Ramil işgüzar futbolçudur, bu da həmişə onun üstün cəhəti olub. Məşqlərdə də ən yaxşılar sırasındadır. Bəzən oyunlar elə alınır ki, matça daxil ola bilmir. Bu gün isə şans qazandı.

 

– AFFA İntizam Komitəsi kubokun "Sabah"la yarımfinal oyunu ilə bağlı cəzaları açıqlamayıb. Araşdırmanın bu qədər uzun çəkməsi haqda nə düşünürsünüz?

– Bu barədə heç nə fikirləşmirəm.

 

– Yayda yeni istədiyiniz hücumçular alınmazsa, Juninyonu geri qaytarmaq variantını nəzərdən keçirərsiniz?

– İnanmıram ki, Meksika çempionatından bura qayıtsın. Üstəlik, orda dünya çempionatı da keçiriləcək. Gəlsə, yox demərəm. Son oyunlarda da formadadır. Az qol vursa da, vacib anlarda önə çıxır. Onun gəlişi isə çətin görünür.

 

– Yerli "bazar"da diqqətinizdə olan legionerlər var?

– Var, amma klublarındadırlar.

 

– Çox qol vurub, az qol buraxan komandalardansınız. Yayda transferlərdə vacib mövqe hansı olacaq?

– Ümumi baxırıq. Hər mövqedə yeni futbolçuya ehtiyacımız var. Keyfiyyət və say önəmli məqamdır. Çalışacağıq ki, həm sayı, həm keyfiyyəti artıraq. Builki çempionat düşündüyümdən daha keyfiyyətli keçdi. Futbolda bəzən gözləmədiyin hallar çox olur. Kimsə zədələnir, kimsə yorulur və ehtiyat skamyada problemlər yaşanır. Son vaxtlarda "Sabah"la 3, "Neftçi"ylə 2, bu gün "Turan Tovuz"la matç… hamısı yüksək səviyyəli görüşlərdir. Belə anlarda rotasiyalara ehtiyac yaranır. Çalışırıq ki, heyəti genişləndirək.

 

– Kuboku "Sabah"ın, yoxsa "Zirə"nin qazanmasını istərdiniz?

 

– Hər ikisinə uğurlar arzu edirəm.


– Sizcə, bu ilki tempi saxlaya bilsəniz, Konfrans Liqasında yarımfinala qədər yüksəlmək ehtimalı var?

– Bizə Konfrans Liqasını arzu edirsiniz? (gülür) Çox istərdim ki, daha yuxarılarda olaq. Böyümək, böyük futbolu tam hiss etmək üçün yüksək səviyyəli turnirlər daha önəmlidir. Güclü komandalarla qarşılaşmaq isə özlüyündə mühüm təcrübədir. Düzdür, fikirlər var ki, Konfrans Liqasında daha irəli gedə bilərik. Amma nəzərə alaq ki, bir il əvvəl Avropa Liqasında bir qələbə qazandıq, bu il isə Çempionlar Liqasında 10 xal topladıq. Bir çox nüanslar var, qəti nəsə demək olmur. Amma elə oyunlar da var ki, həmin performansla Çempionlar Liqasına layiq olduğumuzu göstəririk.

"Dinamo" (Zaqreb) ilə düşdüyümüz mövsüm içimdə rahatlıq var idi ki, ÇL-də qruplara düşəcəyik. Amma baxırsan ki, nəticə başqa cür olur. Həmin il Avropa Liqasında yaxşı çıxış etsək də, cəmi bir qələbə qazandıq. Ölkədən çıxanda fərqli stress, fərqli futbol, fərqli yanaşma olur. Hər komandanın böyük potensialı və iddiası var. Onlar da bizim kimi yaxşı nəticəyə can atırlar. Xeyirlisi, hansı turnir olursa olsun, mübarizəmizi davam etdirəcəyik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Oxşar xəbərlər