top
Qurban Qurbanov hakimlərin vəziyyətindən, səhvlərindən və komandanın yorğunluğundan danışıb Idman.biz
23 aprel 2026, 00:05
- ↺ +

Qurban Qurbanov hakimlərin vəziyyətindən, səhvlərindən və komandanın yorğunluğundan danışıb

Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab qarşılaşması çərçivəsində keçirilən "Qarabağ" - "Sabah" matçından sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis rəqibi təbrik edərək oyunun gərginliyindən və mübahisəli hakim qərarlarından danışıb.

Qarşılaşmanın taleyini həll edən penalti epizoduna toxunan baş məşqçi hakimlərin psixoloji durumuna diqqət çəkib:

"Topun ələ dəydiyini görmək olurdu, epizodu penalti kimi gördüm. Amma son saniyədə belə qərarlar gərginliyi artırır. Hakimlərə o qədər basqı olur ki, bəzən onlara yazığım gəlir. Səhv etməkdən qorxurlar, həyəcanları yüksək olur. Bu il hakimlər üçün sanki kabusdur, sanki başlarını itiriblər".

Titulsuz keçən mövsüm və komandanın fiziki durumu barədə danışan mütəxəssis yorğunluğun əsas amil olduğunu bildirib:

"2021-ci ildə də titulsuz qalmışdıq, belə hallar normaldır. Çempionlar Liqası bizi çox yordu, sanki suyumuz çıxdı. Avropanın böyük klublarında, məsələn, "Liverpul"da da belə enişlər yaşanır. Premyer Liqaya tam köklənə bilmədik, amma ciddi narahatlığım yoxdur, çatışmayan cəhətləri bilirəm".

Qurban Qurbanov hakim Rəvan Həmzəzadənin qərarını da tənqid edib:

"Hakimə dedim ki, bu qırmızı vərəqə sənin hakimliyinə yaraşmadı. Bu cür oyunda belə qırmızı vərəqə vermək çox sərt qərardır. Belə səhvlər bizi böyüdür. Nəriman Axundzadənin bir epizodu var idi, həmin epizod onu böyütdü. Lakin sonra ona çox təzyiqlər oldu. İndi hakimlik də səhvlərdən böyüməlidir".

Heyətdəki dəyişikliklərə toxunan məşqçi, Mateus Silvanı mərkəz müdafiəçisi kimi inkişaf etdirmək istədiyi üçün ona şans verdiyini, Bədavi Hüseynovun oynamamasının səbəblərinin isə klub daxilində qalacağını qeyd edib. Qapıçı Fabian Koxalskinin mümkün gedişi ilə bağlı isə hazırda rəsmi təklif olmadığını və müqaviləsinin davam etdiyini vurğulayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 17:20

I Liqada meydan sahiblərinin günü

Digər
Bu gün, 17:18

Ronalduya milliyə qayıtmaq üçün sərt şərtlər qoyuldu

Digər
Bu gün, 17:10

Nazim Süleymanov U-15 dünya çempionatından gözləntilərini açıqladı

Futbol
Bu gün, 17:03

Şahdağ-Qusar yarımmüdafiəçisi Mahrab Baxşalı: Çempionluqdan irəli heç nə yoxdur

Futbol
Bu gün, 17:00

Şamaxı Şəfa'yı məğlub etdi: Oruc Məmmədov nəticələrin gözlənilmədiyini vurğuladı

Futbol
Bu gün, 16:55

Klopp, “El‑Klasiko”da Barcelona’yı dəstəkləyəcəyini açıqladı

Digər
Bu gün, 16:47

“Şəfa”da “Kəpəz”lə oyun öncəsi itki

Digər
Bu gün, 16:40

Kontenin “Mançester Yunayted”ə keçidi sual altındadır

Digər
Bu gün, 16:40

UEFA Fransa klubunu böyük məbləğdə cərimələyəcək

Digər
Bu gün, 16:31

“Mingəçevir”də dəyişiklik: investorlarla yollar ayrıldı, baş məşqçi də gedə bilər

Digər
Bu gün, 16:24

Florentino Peres “El-Klasiko”ya getməyəcək: “Real” və “Barselona” arasında gərginlik davam edir

Digər
Bu gün, 16:20

“Arsenal”da ciddi itki

Futbol
Bu gün, 16:02

Trent Aleksander‑Arnold Real'dan ayrılacaq? Liverpool onu geri almaq istəyir

Futbol
Bu gün, 16:00

Nigeriyalı futbolçu Favaz Abdullahi Azərbaycandan təklif aldı

Digər
Bu gün, 15:47

İlk dəfə təyyarəyə minənlər, küçə futbolundan DÇ-yə yüksələnlər: Bakıda U-15 mundialının duyğulu hekayələri - İDMAN.BİZ-in İCMALI

Digər
Bu gün, 15:40

"Çelsi" və "Mançester Yunayted" "Komo"nun argentinalısını transfer etmək istəyir

Digər
Bu gün, 15:32

Kayl Uoker məşhur döyməsini sildirəcəyi barədə zarafat edib - FOTO

Digər
Bu gün, 15:28

Mourinyo Çempionlar Liqasında qələbələrin sayına görə Vengeri keçdi

Futbol
Bu gün, 15:23

Kapello “İnter”in “Şaxtyor”a qarşı ilk hissədəki passiv oyununu tənqid edib

Futbol
Bu gün, 15:20

Palmeyras Copa Libertadores'in ilk finalistı oldu

Futbol
Bu gün, 15:11

Emil Balayev “Neftçi”nin məşqlərinə qayıtdı və oyun üçün hazırdır

Digər
Bu gün, 14:40

Almaniya millisinin sabiq baş məşqçisi "Mançester Yunayted"i çalışdıra bilər

Digər
Bu gün, 14:39

Qalatasaray - Fənərbağça oyununun baş hakimi açıqlanıb

Qarabağ FK
Bu gün, 14:27

Şahin Diniyev “Sabah” - “Qarabağ” oyununda favoritini açıqladı

Oxşar xəbərlər