top
Sumqayıta qarşı təbliğatın ayaqları Sport24.az
22 aprel 2024, 17:04
- ↺ +

"Sumqayıt"a qarşı təbliğatın "ayaqlar"ı

RƏŞAD QASIMOV

Neçə gündür ölkənin idman mediasında "Sumqayıt"ın hakimlər tərəfindən "dartılması" ilə bağlı xəbərlər dolaşır. Bilən-bilməyən, ömründə bir dəfə də olsun bir komandanın məşqini izləməyən, seleksiyanın incəliklərindən xəbəri olmayanlar "kimyaçılar"ın bugünkü uğuruna kölgə salmağa çalışır, hər vəchlə Samir Abasovun komandasına çamur yaxmaq üçün qolunu çırmalayıb. Bir neçə gün öncə "feysbuk" sosial şəbəkəsində "Riad Rəfiyev ən uğurlu klub prezidenti, Samir Abasov müasir Azərbaycan futbolunda ən yaxşı məşqçilərdən biridi" yazmışdım. İndi də sözümün üstündə dayanıram. Niyə? Çünki sumqayıtlı olmağımla yanaşı, ölkə futbolunun tək bütün incəliklərindən yox, bicliklərindən də xəbərim var.
Bu gün "Sumqayıt" büdcə baxımından avrokuboklara iddialı digər klublardan geri qalır. Bu gün sumqayıtlılar maliyyə baxımından Avropaya yollanmaq istəyən klubları qabaqlamaqla, həmin komandaların baş məşqçilərinə problem yaradırlar. Məhz bu səbəbdən həmin məşqçilər özlərinə yaxın bildikləri vasitələrlə ictimaiyyət arasında "Sumqayıt"ın hakim köməkliyi ilə üst pillədə qərarlaşdığını "sırımaq" istəyirlər. Sadə azərbaycanlı futbol azarkeşi hardan bilsin ki, "kimyaçılar"ın ən ödənişli futbolçusu avrokubok yolunda əsas rəqiblərinin sıradan bir əcnəbisinə verdiyi maaşdan az məvacib verir. Azərbaycan futbolunu yaxından izləyən Əli, Vəli, Məmməd və yaxud başqası hardan bilsin ki, "Sumqayıt" özündən dəfələrlə böyük büdcəyə malik klubları "oyundan kənar vəziyyət"ə salmaqla çoxlarının başını ağrıdıb. Samir Abasovun "Turan Tovuz"la matçdan sonra "başımızı başlara qoşmuşuq" söyləməsi də dolayısı ilə buna işarədi.


Bəli, "Sumqayıt" bu gün üçün başından yuxarı tullanıb, ilk "üçlük"də qərarlaşıb. Bunun da səbəbi klubun vaxtında düzgün transfer siyasəti yürütməsi və qarşılıqlı inamın olmasıdı. Bəzi klublardan fərqli "kimtyaçılar"ın ehtiyat oyunçular skamyasına nəzər yetirmək kifayətdi. Samir bəyin əlinin altında yaşı 20-yə çatmayan yetərincə gənc var. Bu həm də klubun aşağı yaş qruplarına diqqət yetirməsinin göstəricisidi.


Ola bilsin mövsümün sonunda "Sumqayıt" avrokuboklara vəsiqə qazana bilməyəcək. Ancaq hazırda "gənclik şəhəri"nin futbol akademiyasının aşağı yaş qruplarının AFFA-nın bayrağı altında keçirilən liqalarda üst pilllərdə olması, əsas komandanın ilk "üçlük"də qərarlaşması "Sumqayıt"ın növbəti mövsümdə də adından söz etdirəcəyindən xəbər verir.


Üzümü bu gün "Sumqayıt"ın uğurlu çıxışını "qaralamağa" çalışan "yoldaşlar"a tuturam. Gələn mövsümə hazırlaşın, Nihad Əhmədzadə, Xəyal Feyzullayev, Ayxan Hüseynzadə və onların həmyaşıdları gəlir. Hiss edirəm ki, adlarını yazdıqlarım gəncləri tanımırsız. Ancaq əmin olun ki, onlar indiki heyətdən daha yaxşı olacaqlar. Sadəcə, bir qədər təcrübəyə ehtiyacları var.


P.S. Vurğun Hüseynovun nəinki özünü, nəslini tanıylram. O, özünü hərraca qoyan oğul deyil.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:08

İnfantino: “Bakı U-15 Dünya Kubokunda gələcəyin futbol ulduzlarını gördüm”

Futbol
Bu gün, 15:00

Karlos Espi: Real Madrid-dən zəng gələndə "xeyr" demək imkanı yox idi

Voleybol
Bu gün, 14:53

Qadın Voleybolu: AZERRAIL vs Milli Aviasiya Akademiyası bu gün keçiriləcək

Futbol
Bu gün, 14:40

Zidan: Gələcəkdə “Yuventus”u çalışdırmaq istəyirəm

Futbol
Bu gün, 14:34

Millətlər Liqası: İtaliya - Fransa qarşılaşması, Keynin rekordu və C Liqasında yüksəlmə yarışları

Olimpiada
Bu gün, 14:20

Azərbaycan komandası Dakar Yüngül Olimpiada medal sıralamasında 12-ci yerə gerilədi

Futbol
Bu gün, 14:08

Emre Belözoğlu Fənərbağçada ulduz futbolçunun transferini planlaşdırır

Futbol
Bu gün, 14:01

Joan Qadu Real, PSG və Arsenal klublarının marağındadır

Futbol
Bu gün, 14:00

Mircavadov: Klublar yerli futbolçulara şans verməlidir

Futbol
Bu gün, 13:40

Harry Kane: "Arsenal" akademiyası məni göndərsə də, onların yanıldığını göstərdim

Olimpiada
Bu gün, 13:35

Dakardakı Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycanı boksçu Gülər Hüseynova və taekvondoçu Adil Kazımlı təmsil edəcək

Qarabağ FK
Bu gün, 13:32

Mustafa Sek ‘Neftçi’de 20 dəqiqə oynadıqdan sonra komandadan ayrılmayacaq – KLUBDAN İDMAN.BİZ-Ə AÇIQLAMA

Futbol
Bu gün, 13:27

Difai məşqçisinin qırmızı kartı 1000 manat cəriməyə səbəb oldu

Futbol
Bu gün, 13:20

Cim Retkliffinin xərcləri azaltma tədbirləri "Mançester Yunayted" veteranlarının narazılığına səbəb olub

Futbol
Bu gün, 13:19

Mançester Yunayted Brentforddan Kollinzi və Fulhamdan Bassini almağa və başqa

Futbol
Bu gün, 13:16

Levandovskinin Skorupskinin çağırılmaması barədə iddiaları rədd etməsi və Koxalskinin Polşa millisinə davət edilməsi

Futbol
Bu gün, 13:01

Özbəkistan nümayəndə heyəti DÇ-2027 öncəsi “Neftçi”nin akademiyasında olub

Qarabağ FK
Bu gün, 13:00

Ramin Musayev: "Dambrauskasin bu qədər güclü mütəxəssis olduğunu gözləmirdim"

Güləş
Bu gün, 12:48

Mikayıl Cabbarov dünya çempionatı və gənclər Olimpiya oyunları uğur qazanan güləşçilərlə görüşdü

Voleybol
Bu gün, 12:43

"Ordu"nun baş məşqçisi Cavid Süleymanov: CEV Çelenc Kubokundakı qələbə bizi arxayınlaşdırmamalıdır;

Futbol
Bu gün, 12:40

Mənbə: Manuel Noyerin karyerası bu mövsümün sonunda başa çata bilər

Futbol
Bu gün, 12:39

AFFA İntizam Komitəsi: İki İcraçıyı Hakimə Təhqir üçün Cəzalandırdı

Futbol
Bu gün, 12:33

Vaqif Sadıqov U-17 yığmasının Almaniyanı 0:7 hesabıyla uduzmasının səbəblərini izah etdi

Futbol
Bu gün, 12:21

«Zirə»nin milli fasilədən sonra «İmişli»yə qarşı ilk matçı noyabrın 20-də olacaq

Oxşar xəbərlər