"Sumqayıt" yerli futbolçu ilə yolları ayırıb. Sport24.az xəbər verir ki, "kimyaçılar" qapıçı Orxan Sadıqlı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Qeyd edək ki, Sadıqlı başa çatan mövsümdə "Sumqayıt"ın heyətində ümumilikdə 4 matça çıxıb və qapısında 4 qol görüb.