A Seriyasını tərk edən "Sassuolo"ya yeni baş məşqçi təyin olunub. Sport24.az xəbər verir ki, komandaya Fabio Qrosso rəhbərlik edəcək.
"Sassuolo" 11 ildən sonra aşağı mübarizə aparacaq. 46 yaşlı mütəxəssisin B Seriyası təcrübəsi böyükdür. Fabio "Frozinone, "Breşiya" və "Bari" kimi komandalarda işləyib.
Qeyd edək ki, Qrossonun son işlədiyi klub "Lion" olub. O, 2023-ci ilin senytabrından noyabrına kimi Fransa təmsilçisinin baş məşqçisi olub.