Yeni mövsüm üçün Almaniya Bundesliqasına vəsiqə qazanan daha bir komanda bəlli olub. Sport24.az xəbər verir ki, 2-ci Bundesliqada 33 turdan sonra 66 xalla ikinci olan"Sankt-Pauli" elitaya vəsiqəni təmin edib. Komanda sona bir tur qalmış üçüncü sıradakı "Fortuna"nı 6 xal qabaqlayır.
Beləliklə, "Sankt-Pauli" 13 illik fasilədən sonra elitaya yüksəlməyi bacarıb.
25 xalla sonuncu pillədə olan "Osnabrück" isə aşağı liqaya yuvarlanıb.
Qeyd edək ki, daha əvvəl "Holştayn Kil" Bundesliqaya vəsiqəni təmin edib.