top
Qarabağla oynamağı bacarırıqsa, demək ki, avrokuboklarda da yaxşı çıxış edə bilərik Sport24.az
28 aprel 2024, 22:49
- ↺ +

"Qarabağ"la oynamağı bacarırıqsa, demək ki, avrokuboklarda da yaxşı çıxış edə bilərik"

"Matç, atmosfer, azarkeşlər möhtəşəm idi. Fanatlara təşəkkür edirəm. Çağırış edirəm ki, bütün oyunlarda belə atmosfer yaratsınlar. Futbolçular da bu gün möhtəşəm oynadı. "Qarabağ"la matçda bu dönəmdə 3 xal qazanmaq vacib idi. "Qarabağ"a avrokuboklarda uğurlar arzulayıram. Həmişə Azərbaycanı layiqincə təmsil ediblər. Bundan sonra da onlara uğurlar arzulayıram".

Sport24.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın məşqçisi Mübariz Orucov Premyer Liqanın 32-ci turunun "Qarabağ"la görüşdən sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin də suallarını cavablandırıb.

- Ehtiyatda daha təcrübəli qolkiper Orxan Sadıqlı olsa da, Xəyal Fərzullayevi meydana buraxdınız. Riskli addım deyildi?

- Xəyal haqda danışmaq istəyirdim. Debüt etdi, özü də "Qarabağ" kimi rəqiblə oyuna çıxmışdı. Oyundan sonra alnından öpdüm. Bəli, Orxan Sadıqlı da var idi. Amma qapıçı məşqçisi və Samir Abasovla da məsləhətləşdik ki, Xəyala şans verək. Özünü də doğrultdu. Xəyalı təbrik edirəm, debütünü möhtəşəm qələbə ilə qeyd etdi.

- "Qarabağ"la oyuna hazırlıq müddətində baş məşqçiniz Samir Abasov İspaniyada səfərdə idi. Komandanı oyuna kökləməkdə Abasov sizə dəstək oldu?

- Gündə bir neçə dəfə Samir Abasovla əlaqə saxlayırdıq. O, bizə tapşırıqlarını verirdi. Düzdür, komandanı oyuna mən çıxarmışdım, amma bu Samir Abasovun komandasıdır, onun əziyyətidir. Həftəboyu danışmışıq, məsləhətləşmişik. İspaniyada olsa da, sanki bütün günü bizimlə idi.

- "Qarabağ" üzərində qələbə komandaya qarşıdakı oyunlarda əlavə motivasiya verəcək?

- Əlbəttə ki, motivasiya verəcək. Futbolçular dərk edir ki, bundan sonra hər oyun finala bərabərdir. Bu gün həmin matça final ab-havasında çıxmışdıq. Geriyə yox yoxdur. Hər oyunun mahiyyəti eynidir.

- "Sumqayıt"ı avrokuboklarda düşünürsüz? Futbolçuları buna inandıra bilmisiz?

- Bu gün Avropanın ən güclü komandalarından birinə qarşı oynadıq. Futbolçulara oyundan qabaq dedim ki, avrokuboklarda oynamaq istəyiriksə, "Qarabağ" elə ən yaxşı rəqibdir. Bu dəqiqə onlar "böyük beşlik" komandalarından geri qalmır. "Qarabağ"la oynamağı bacarırıqsa, demək ki, avrokuboklarda da yaxşı çıxış edə bilərik. Bunu futbolçular dərk edirlər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Olimpiada
Bu gün, 14:20

Azərbaycan komandası Dakar Yüngül Olimpiada medal sıralamasında 12-ci yerə gerilədi

Futbol
Bu gün, 14:08

Emre Belözoğlu Fənərbağçada ulduz futbolçunun transferini planlaşdırır

Futbol
Bu gün, 14:01

Joan Qadu Real, PSG və Arsenal klublarının marağındadır

Futbol
Bu gün, 14:00

Mircavadov: Klublar yerli futbolçulara şans verməlidir

Futbol
Bu gün, 13:40

Harry Kane: "Arsenal" akademiyası məni göndərsə də, onların yanıldığını göstərdim

Olimpiada
Bu gün, 13:35

Dakardakı Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycanı boksçu Gülər Hüseynova və taekvondoçu Adil Kazımlı təmsil edəcək

Qarabağ FK
Bu gün, 13:32

Mustafa Sek ‘Neftçi’de 20 dəqiqə oynadıqdan sonra komandadan ayrılmayacaq – KLUBDAN İDMAN.BİZ-Ə AÇIQLAMA

Futbol
Bu gün, 13:27

Difai məşqçisinin qırmızı kartı 1000 manat cəriməyə səbəb oldu

Futbol
Bu gün, 13:20

Cim Retkliffinin xərcləri azaltma tədbirləri "Mançester Yunayted" veteranlarının narazılığına səbəb olub

Futbol
Bu gün, 13:19

Mançester Yunayted Brentforddan Kollinzi və Fulhamdan Bassini almağa və başqa

Futbol
Bu gün, 13:16

Levandovskinin Skorupskinin çağırılmaması barədə iddiaları rədd etməsi və Koxalskinin Polşa millisinə davət edilməsi

Futbol
Bu gün, 13:01

Özbəkistan nümayəndə heyəti DÇ-2027 öncəsi “Neftçi”nin akademiyasında olub

Qarabağ FK
Bu gün, 13:00

Ramin Musayev: "Dambrauskasin bu qədər güclü mütəxəssis olduğunu gözləmirdim"

Güləş
Bu gün, 12:48

Mikayıl Cabbarov dünya çempionatı və gənclər Olimpiya oyunları uğur qazanan güləşçilərlə görüşdü

Voleybol
Bu gün, 12:43

"Ordu"nun baş məşqçisi Cavid Süleymanov: CEV Çelenc Kubokundakı qələbə bizi arxayınlaşdırmamalıdır;

Futbol
Bu gün, 12:40

Mənbə: Manuel Noyerin karyerası bu mövsümün sonunda başa çata bilər

Futbol
Bu gün, 12:39

AFFA İntizam Komitəsi: İki İcraçıyı Hakimə Təhqir üçün Cəzalandırdı

Futbol
Bu gün, 12:33

Vaqif Sadıqov U-17 yığmasının Almaniyanı 0:7 hesabıyla uduzmasının səbəblərini izah etdi

Futbol
Bu gün, 12:21

«Zirə»nin milli fasilədən sonra «İmişli»yə qarşı ilk matçı noyabrın 20-də olacaq

Futbol
Bu gün, 12:20

Manchester United futbolçuları təyyarədə münaqişədə düşdülər

Futbol
Bu gün, 12:10

Zidane: Mbappe zədə səbəbindən Fransa millisinin İtaliya ilə oyununu buraxacaq

Digər
Bu gün, 12:09

Yuliya Kərimova: "Qrup mərhələsinə yüksəlmək Azərbaycanın qadın voleybolu üçün mühüm hadisədir"

Futbol
Bu gün, 12:00

“Neftçi” Seneqalli ilə yollarını ayırmağa hazırlaşıyor

Qarabağ FK
Bu gün, 11:58

Neftçi sabiq kapitanı Iqor Mitreski: Liderliyi tam sonuna qədər qorumaq vacibdir

Oxşar xəbərlər