top
Neftçi Onu tapmasa və ya AFFA prezidentinin CV-sini kim korlayıb? Sport24.az
27 may 2024, 12:06
- ↺ +

"Neftçi" "O"nu tapmasa və ya AFFA prezidentinin CV-sini kim korlayıb?

CEYHUN ƏLİYEV


"Neftçi" Bojoviçi yola saldı. Daha doğrusu, "Neftçi" bu dəfə Bojoviçi yola saldı. Yox-yox, rəsmən bu mütəxəssisdən başqa hələ heç kim göndərilməyib. Amma "bu dəfə Bojoviçi yola saldı" da səhv ifadə deyil. Çünki daha əvvəl Mutu yola salınmışdı. Pakizə. Yola salınan Mutu ilə müqavilə müddəti tamamlanmamışdı. Ancaq yola salınmışdı. Bu isə o deməkdi ki, rumıniyalı mütəxəssisə qapını göstərmək üçün əvvəlcə "kompensasiya çemodanı"nı göstəriblər...


Gəlib çatdıq ilk suala: Mutunu Azərbaycana, daha dəqiq desək, "Neftçi"nin "sükanı arxası"na kim gətirib?


Suallar toplusu bununla tamamlanmır. Adrianı "ağ-qara" rəngə boyayan kim olubsa, buna görə kiminsə qarşısında cavab verdimi? Veribsə, kimin qarşısında? Bildiyim qədəri ilə "Neftçi"də Mutu ilə bir vaqonda yola salınan rəsmi nümayəndə olmadı.


Əgər Mutuya görə heç kim incidilmədisə, Bojoviç kiminsə kreslosunu laxlada bilərmi? Bu, ikinci sualdı. Özü də söhbət konkret bu məşqçilərin gəlişini tövsiyə edən yoldaş(lar)dan gedir ha! O yoldaş(lar) ki, dünənə qədər "Neftçi"nin Müşahidə Şurasının sədri, hazırki AFFA prezidenti Rövşən Nəcəfin faktiki olaraq futbol CV-sinin ilk səhifəsini əbədi olaraq qara rəngə boyadı. Hər halda, qarşıya qoyulan çempionluq və Kubokun qazanılması məqsədi bir yana, komandanın nə medala layiq görülməsi, nə də Konfrans Liqasına vəsiqə verən 4-cü yeri tuta bilməsinin tək adı fiaskodu! Və bu fiasko bütün hallarda, Rövşən Nəcəfin adına bağlanır...


İsveçdən gətirilən Yens Andersson bəlkə də kimlər üçünsə "günah keçisi" obrazını ifa efə bilər. Reallıq isə budu ki, nə Bojoviçi, nə də Mutunu o gətirib. Bax, indi "O" kimdirsə ortaya çıxarılmalı, gördüyü işin hesabatını verməlidi. Daha sonra "gələcək işlərində uğurlar diləyirik" paylaşımı ilə yola salınmamalıdı, konkret "işində buraxdığı nöqsanlara görə tutduğu vəzifədən azad edilir" möhürü ilə qovulmalıdı ki, sabah başqa ocaq başına gətirilməsin.


Nəhayət, son sual. Tarixinin ən yüksək büdcəsi ilə  avrokuboklardan da kənar qalan klubda əsl səbəbkar(lar) qalacaqsa, "ağ-qara" fanatlar nəyə ümid etsinlər?

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:20

Aston Villa, müdafiəçi İan Maatsenlə müqaviləni 2032-yə qədər uzatdı

Futbol
Bu gün, 09:08

Zidan Juventus’da məşqçilik arzusu

Basketbol
Bu gün, 09:01

FIBA Avropa Kubokunda ‘Gəncə’ bu gün ‘Esenler Erokspor’ ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Benfikanın 20 yaşlı argentinalı oyunçusuna 100 milyon avro dəyər qoyuldu

Futbol
Bu gün, 08:40

Valeryen İsmael 'Havr', Beşiktaş'ın keçmiş baş məşqçisini Fransa klubunun yeni məşqçisi olacaq

Futbol
Bu gün, 08:20

Fiorentina David de Xea ilə yollarını ayırmağı planlaşdırır

Futbol
Bu gün, 08:13

Pep Qvardiola ABŞ futbol millisinə rəhbərlik edə bilər

Futbol
Bu gün, 08:00

ABŞ Futbol Federasiyası Manchester United-dan 10 milyon dollar tələb edə bilər

Futbol
Bu gün, 07:09

Mançini Mbappe-nin zədələnməsindən risk etməməsini tövsiyə etdi

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Oxşar xəbərlər