"Liverpul"un yeni baş məşqçisi Arne Slot həmyerlisini komandaya dəvət etmək istəyir. Sport24.az "Daily Mirror"-a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis "Lids"in heyətində Çempionşipin son mövsümündə 20 qol vuran və 9 məhsuldar ötürmə edən Krisensio Summervilin transferini istəyir. Müqavilənin dəyərinin 40 milyon avro olduğu bildirilir.
"Çelsi"nin də niderlandlı futbolçunu "rənglərinə bağlamaqda" israrlı olduğu deyilir.
Qeyd edək ki, 22 yaşlı Summervil İngiltərə Premyer Liqasına yüksələ bilmədiyi üçün yay "transfer pəncərəsi"ndə "Lids"i tərk edəcək.