"Lill"in yeni baş məşqçisi müəyyənləşib. Sport24.az Fransa klubunun saytına istinadən xəbər verir ki, Paulo Fonsekanın istefasından sonra boş qalmış vəzifəyə Bruno Qenesio təyin edilib.
Fransalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 57 yaşlı çalışdırıcının son iş yeri 2023-cü ilin noyabrında ayrıldığı Fransa "Renn"i olub.