"İnter"in yeni prezidentinin adı açıqlanıb. Sport24.az Milan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə Beppe Marotta təyin olunub.
67 yaşlı funksioner 2018-ci ildən "İnter"də baş icraçı direktor vəzifəsində çalışıb.
Qeyd edək ki, "İnter" 2023/2024 mövsümündə A Seriyasının qalibi olub