Argentinalı hücumçu Lautaro Martines "İnter"lə müqaviləsini uzatmağa razılaşıb. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, Martinesin klubla yeni müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "İnter"in kapitanı ilə 9 milyon avro qazanacaq.
Lautaro 2018-ci ilin yayında Argentina "Rasinq"indən "İnter"ə transfer olunub. Argentinalı forvard 282 rəsmi oyunda 129 qol və 43 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "İnter" bu mövsüm İtaliya çempionu olub.