Dortmund "Borussiya"sının vingeri Ceydon Sanço AÇ-2020-nin finalından sonrakı təhqirlərdən hələ də özünə gələ bilmədiyini deyib.
Sport24.az xəbər verir ki, ingilis futbolçu bu vəziyyətdən çıxmağa çalışdığını bildirib:
"Düşünürəm ki, bu vəziyyətdən çıxmaq üçün çox çalışsam da, tam sağalmamışam. Belə mənfi reaksiya almaq xoşagəlməz idi. Mən Londonda olub ölkəmizi təmsil edərək, belə bir şeylə qarşılaşacağımızı heç vaxt düşünməzdim".