Azərbaycan Premyer Liqasında yer uğrunda pley-off matçında "Qəbələ" "Mingəçevir"ə qalib gəlib.
İdman.Biz bildirir ki, oyun 2:0 hesabı ilə başa çatıb.
Beləliklə, 27 xalla Premyer Liqanı 11-ci yerdə başa vurmuş "Qəbələ" növbəti mövsüm də eyni turnirdə çıxış edəcək.
Birinci Liqanı 51 xalla ikinci yerdə başa vurmuş "Mingəçevir" də 2026/27-ci illər mövsümündə eyni divizionda mübarizə aparacaq.
19:43
"Qəbələ" - "Mingəçevir" matçında ikinci yarı başlayıb.
İdman.Biz bildirir ki, Qəbələ komandası birinci hissədən sonra qabaqdadır - 2:0.
19:27
"Qəbələ" - "Mingəçevir" matçında ilk yarı bitib.
İdman.Biz bildirir ki, Qəbələ komandası birinci hissədən sonra qabaqdadır - 2:0.
19:24
"Qəbələ" - "Mingəçevir" matçında hesab dəyişib.
İdman.Biz xəbər verir ki, 45+5-ci dəqiqədə Qəbələ komandasının oyunçusu Seydina Keyta penaltidən fərqlənib - 2:0.
19:09
"Qəbələ" - "Mingəçevir" matçında hesab açılıb.
İdman.Biz bildirir ki, 35-ci dəqiqədə Qəbələ komandasının oyunçusu Murad Musayev komandasını irəli çıxarıb.
18:34
Azərbaycan Premyer Liqasında yer uğrunda pley-off matçında "Qəbələ" "Mingəçevir"lə oynayır.
İdman.Biz bildirir ki, matç "SOCAR Palymer Arena"da keçirilir.
17:25
"Qəbələ" Misli Premyer Liqasında qalmaq üçün "SOCAR Palymer Arena"da "Mingəçevir"lə üz-üzə gəlir.
İdman.Biz xəbər verir ki, komandalar oyuna aşağıdakı heyətlərlə çıxacaqlar:
"Qəbələ": 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 13. Nicat Əliyev 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 33. Seydina Keyta 50. Adriel Ba Loua 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 26. Elnunr Mustafayev 24. İsmael Akinade 12. İbrahim Sanqare 3. Eduardo Kunde 70. Paulo Quimbila
Baş məşqçi: Kaxaber Tsxadadze
"Mingəçevir": 1. Orxan Sadıqlı 16. Fuad Bayramov 22. Elçin Mustafayev 60. Elmin Bayramov 4. Kənan Quliyev (k) 70. Nicat Məmmədov 10. Qabil Əlizadə 15. Seymur Məmmədov 32. Rəhim Cəfərli 33. Əkbər Eyubov 11. Kennet Kalunqa
Ehtiyat oyunçular: 36. Əmrah Məmmədli 9. Amil Yunanov 19. Nurlan Novruzov 20. Bahadur Həziyev 81. Xəyal Muradov 99. Cəlal Cəbrayılov 17. Taleh Fərmanov 27. Elnur Mirzəyev 77. Məhəmməd Səfərov 8. Abba Usman 21. Rimas Kerimi
Baş məşqçi: Ramiz Məmmədov
09:31
Futbol üzrə Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off görüşü bu gün keçiriləcək.
İdman.Biz xəbər verir ki, həlledici qarşılaşmada Premyer Liqanı 11-ci pillədə başa vuran "Qəbələ" ilə I Liqanın ikincisi "Mingəçevir" üz-üzə gələcək.
"SOCAR Polymer Arena"da baş tutacaq oyunun start fiti saat 18:30-da səslənəcək. Görüşdə VAR sistemindən istifadə olunacaq.
Matçı baş hakim Tural Qurbanov idarə edəcək.