"Qəbələ" ilə Adriel Ba Loua arasında bağlanmış müqavilə başa çatıb. 2025-ci ilin yayından komandamızda çıxış edən kot divuarlı yarımmüdaiəçi bu müddətdə 35 oyunda 4 qol vurub.
O, Premyer Liqada 30 (4 qol), pley-offda 1, ölkə kubokunda 4 matça çıxıb. Adriel bu qarşılaşmalarda ümumilikdə 11 assistə imza atıb.
"Qəbələ" İK futbolçuya klubumuza göstərdiyi xidmətə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır.