top
“Qəbələ” harada oynasın: Premyer Liqa, yoxsa I Liqa? İdman.biz
29 aprel 2024, 14:50
- ↺ +

“Qəbələ” harada oynasın: Premyer Liqa, yoxsa I Liqa?

Azərbaycan Premyer Liqasının XXXII turu "Qəbələ"nin sonuncu yeri tutacağını rəsmiləşdirib.

İdman.biz bölgə təmsilçisinin növbəti mövsümdə hansı liqada oynaması ilə bağlı sorğu keçirib.

Azərbaycan çempionatlarında 2 gümüş və 3 bürünc qazanan, 2 dəfə Azərbaycan kubokunu başı üzərinə qaldıran və 3 dəfə finalda uduzan "qırmızı-qaralar" reqlamentə uyğun olaraq I Liqada oynamalıdır. Lakin iki dəfə Avropa Liqasının qrupuna düşən, ölkədə ən yaxşı akademiyaya malik klubun komanda sayının artırılması hesabına elitada qalması ehtimalı da mövcuddur.

Əgər "Qəbələ" Premyer Liqanı tərk etsə, ardıcıl ikinci il buna köklü klub üzüləcək. 2006/07 mövsümündən elitada oynayan "qırmızı-qaralar"dan bir il öncə Premyer Liqanı 1999-cu ildən burada çıxış edən "Şamaxı" tərk edib.

Elxan Abullayev (U-18 millimizin baş məşqçisi): "Təəssüflər olsun ki, "Qəbələ" Premyer Liqanı tək edir. Komandanın qalması və ya getməsi bizdən asılı bir şey deyil. Mən idman prinsipinin qorunmasını istəyirəm. Əsas olan budur. Qaydaları pozmaq olmaz. Əgər bir komanda Premyer Liqada axırıncı yerdədirsə, buranı tək etməlidir. "Qəbələ"nin yerinə başqası gəlməlidir. Bir komandaya güzəşt etsək, deməli, bundan öncəki çempionatlarda başqalarına haqsızlıq etmiş oluruq. Kiminsə haqqına girmək olmaz. Ona görə də düzgün bir hal deyil. İdman prinsipinə sadiq qalmaq naminə "Qəbələ" çıxmalıdır".

Ramin Musayev (PFL-in sabiq prezidenti): "Reqlamentə görə "Qəbələ" getməlidir və aşağı liqadan bir klub Premyer Liqada çıxış etməlidir. Lakin mətbuatdan izlədiyim qədəri ilə AFFA-nın yeni prezidenti Rövşən Nəcəf komanda sayının artırılması ilə bağlı tapşırıqlar verib. Düşünürəm ki, bu say 12-yə yüksələrsə, "Qəbələ" qalmalıdır. Çünki onların infrastrukturu digər klublardan artıqdır ki, əksik deyil. Şəraitləri, akademiyası və stadionlarının sayı da üstündür. Lazım olduqda PFL və ya AFFA "Qəbələ"nin arenasından təmənnasız istifadə ediblər. Belə bir komandanın aşağı liqaya düşməsi orada futbolun itməyi deməkdir. Sözsüz ki, komanda aşağı liqada da çıxış edə biləcək. Amma əvvəlki abu-hava olmayacaq. Stadionların vəziyyətinə əvvəlki kimi diqqət ayrılmayacaq. Əgər komanda sayı artırılsa, aşağıdan gələcəklər arasında "Qəbələ"yə rəqib yoxdur. Belədə seçim edilməlidir. Sözsüz ki, "Zaqatala", "Şamaxı" Premyer Liqaya gələ bilər. Amma o komandaların heç birində "Qəbələ"dəki kimi şərait yoxdur. Onların düşməsi Azərbaycan futbolu üçün itkidir".

Arif Əsədov (millinin məşqçisi): "Artıq demək olar ki, "Qəbələ" güclər dəstəsini tərk edib. Təəssüfləndirici andır. Bunu istəməzdik. Mövsümün sonunda komandalarının sayının artırılması ilə bağlı qərar verilərsə, "Qəbələ"nin qalıb-qalmaması ilə bağlı suallar var. Hamımız onu Premyer Liqada görmək istəyirik. Amma reqlamenti pozmaq baxımından bu da qaydalara zidd olduğu üçün düzgün deyil. Uşaq futbolu baxımından "Qəbələ" artıq akademiya kimi formalaşıb. Yeni baş məşqçinin gəlişindən sonra bir şeyi müsbət qiymətləndirərdim ki, Kaxaber Tsxadadze akademiyadan olan gənc oyunçulara üstünlük verdi. Biz də hər zaman mövsümün əvvəlində artıq bu strategiya ilə işləmək lazım olduğunu deyirdik. Onsuz da heyət dəyişmişdi. Əvvəldən bu cür etsəydilər, artıq komandada həm milli, həm də klub üçün püxtələşənlər olacaqdı".

Ceyhun Sultanov (yığmanın sabiq futbolçu): "Qəbələ"nin sonuncu olması üzücüdür. Amma bu, reallıqdır. İstərdim ki, Premyer Liqada qalsınlar. İdman prinsipləri isə 10 komanda olarsa, biri getməlidir, deyir. Yox, əgər say 12-yə qaldırılacaqsa, "Qəbələ"ni saxlamaq mümkündür. Birinci divizionda olan komandalarla pley-off da oynaya bilərlər. Bu, idman prinsiplərinə zidd deyil. Fikrimcə, "Qəbələ"ni belə saxlamaq olar. Əks təqdirdə, başqa cür mümkün deyil".

Mahir Rüstəmli ("Futbol+" qəzetinin baş redaktoru): "Qəbələ"nin ölkənin futbol tarixində özünəməxsus yeri var. Bu klub ölkə kubokunu ardıcıl iki dəfə qazanıb, avrokubokların qrupunda mübarizə aparıb. Söhbət cari mövsümdən gedirsə, "Qəbələ"yə heç cür haqq qazandırmaq mümkün deyil. "Qırmızı-qaralar" 96 mümkün xaldan cəmi 17-ni qazanıblar. Mövsümün gedişində baş məşqçini dəyişsə də, yenə də nəticələrdə və oyun səviyyəsində dəyişiklik edə, oyununu keyfiyyət baxımından yeni səviyyəyə qaldıra bilməyib. Mən idman prinsipinə əməl olunmasının tərəfdarıyam. "Qəbələ" yeni mövsümə I Liqada başlasa, daha yaxşı olar. Buyurub aşağı liqada özünü göstərsin və yenidən elitaya qayıtsın. Bu daha məntiqli və ağıllı yanaşmadır. Süni şəkildə komanda sayının artırılmasının da tərəfdarı deyiləm. Bu ideyanı bəyənmirəm və bunun üçün də dəlilərim var. Təsəvvür edin ki, bu gün ölkə çempionatının elitasında mübarizə aparan komandalardan dördü Bakı Olimpiya Stadionun meydançasında məşq edir. Bundan əlavə, faktiki qaçqın həyatı yaşayırlar. Öz doğma stadionundan qaçqın düşüblər. Belə olduğu halda da komanda sayını 12-yə çatdırmaq düzgün deyil. Yaxşı olar ki, idman prinsipinə əməl olunsun və aşağı dəstənin güclüsü elitaya gəlsin, "Qəbələ" isə I liqaya yollansın. Azərbaycan futboluna zərbə dəyəcək, dünya dağılmayacaq. Amma "Qəbələ"nin akademiyasından çıxan uşaqların aqibətinin necə olması insanı düşündürür. Yəni onları həmin maliyyə ilə saxlaya biləcəklər, ya yox... Ən yaxşısı, komanda sayını 12 edib, "Qəbələ"ni saxlamaqdır".

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Olimpiada
Bu gün, 14:20

Azərbaycan komandası Dakar Yüngül Olimpiada medal sıralamasında 12-ci yerə gerilədi

Futbol
Bu gün, 14:08

Emre Belözoğlu Fənərbağçada ulduz futbolçunun transferini planlaşdırır

Futbol
Bu gün, 14:01

Joan Qadu Real, PSG və Arsenal klublarının marağındadır

Futbol
Bu gün, 14:00

Mircavadov: Klublar yerli futbolçulara şans verməlidir

Futbol
Bu gün, 13:40

Harry Kane: "Arsenal" akademiyası məni göndərsə də, onların yanıldığını göstərdim

Olimpiada
Bu gün, 13:35

Dakardakı Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycanı boksçu Gülər Hüseynova və taekvondoçu Adil Kazımlı təmsil edəcək

Qarabağ FK
Bu gün, 13:32

Mustafa Sek ‘Neftçi’de 20 dəqiqə oynadıqdan sonra komandadan ayrılmayacaq – KLUBDAN İDMAN.BİZ-Ə AÇIQLAMA

Futbol
Bu gün, 13:27

Difai məşqçisinin qırmızı kartı 1000 manat cəriməyə səbəb oldu

Futbol
Bu gün, 13:20

Cim Retkliffinin xərcləri azaltma tədbirləri "Mançester Yunayted" veteranlarının narazılığına səbəb olub

Futbol
Bu gün, 13:19

Mançester Yunayted Brentforddan Kollinzi və Fulhamdan Bassini almağa və başqa

Futbol
Bu gün, 13:16

Levandovskinin Skorupskinin çağırılmaması barədə iddiaları rədd etməsi və Koxalskinin Polşa millisinə davət edilməsi

Futbol
Bu gün, 13:01

Özbəkistan nümayəndə heyəti DÇ-2027 öncəsi “Neftçi”nin akademiyasında olub

Qarabağ FK
Bu gün, 13:00

Ramin Musayev: "Dambrauskasin bu qədər güclü mütəxəssis olduğunu gözləmirdim"

Güləş
Bu gün, 12:48

Mikayıl Cabbarov dünya çempionatı və gənclər Olimpiya oyunları uğur qazanan güləşçilərlə görüşdü

Voleybol
Bu gün, 12:43

"Ordu"nun baş məşqçisi Cavid Süleymanov: CEV Çelenc Kubokundakı qələbə bizi arxayınlaşdırmamalıdır;

Futbol
Bu gün, 12:40

Mənbə: Manuel Noyerin karyerası bu mövsümün sonunda başa çata bilər

Futbol
Bu gün, 12:39

AFFA İntizam Komitəsi: İki İcraçıyı Hakimə Təhqir üçün Cəzalandırdı

Futbol
Bu gün, 12:33

Vaqif Sadıqov U-17 yığmasının Almaniyanı 0:7 hesabıyla uduzmasının səbəblərini izah etdi

Futbol
Bu gün, 12:21

«Zirə»nin milli fasilədən sonra «İmişli»yə qarşı ilk matçı noyabrın 20-də olacaq

Futbol
Bu gün, 12:20

Manchester United futbolçuları təyyarədə münaqişədə düşdülər

Futbol
Bu gün, 12:10

Zidane: Mbappe zədə səbəbindən Fransa millisinin İtaliya ilə oyununu buraxacaq

Digər
Bu gün, 12:09

Yuliya Kərimova: "Qrup mərhələsinə yüksəlmək Azərbaycanın qadın voleybolu üçün mühüm hadisədir"

Futbol
Bu gün, 12:00

“Neftçi” Seneqalli ilə yollarını ayırmağa hazırlaşıyor

Qarabağ FK
Bu gün, 11:58

Neftçi sabiq kapitanı Iqor Mitreski: Liderliyi tam sonuna qədər qorumaq vacibdir

Oxşar xəbərlər