top
Qarabağın Ziddiyyətli Gecəsi: Məğlubiyyətdən Pley-offa Yüksəliş Idman.biz
29 yanvar 2026, 10:44
- ↺ +

"Qarabağ"ın Ziddiyyətli Gecəsi: Məğlubiyyətdən Pley-offa Yüksəliş

Ağdamın "Qarabağ" klubu ötən gecə əvvəlcə öz antirekordunu təkrarladı, daha sonra isə Azərbaycan futbolunun tarixini növbəti dəfə yenidən yazdı.

İdman.Biz xəbər verir ki, əvvəlcə "Liverpul"a 0:6 hesablı məğlubiyyətlə mənfi göstəricisini təkrarladı. Belə ki, "Qarabağ" eyni hesabla 2017-ci il sentyabrın 12-də Çempionlar Liqasının qrup mərhələsində (indiki adı ilə əsas mərhələdə) digər bir İngiltərə nəhəngi - "Çelsi"yə də uduzmuşdu.

Tarix ikinci dəfə slovakiyalı hakim İvan Krujlyakın final fitindən dərhal sonra yenidən yazıldı. Bu fit yalnız Qurban Qurbanovun yetirmələrinin sarsıdıcı məğlubiyyətini deyil, eyni zamanda onların böyük qələbəsini - "Qarabağ"ın öz tarixində və bütövlükdə Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsini rəsmiləşdirdi.

Bəli, "Liverpul"un ən uzaq səfəri onun rəqibi üçün əsl ziddiyyətli hisslərlə yadda qaldı. 7 saatlıq uçuş, 4157 kilometrlik məsafə, altı cavabsız buraxılan qol və buna baxmayaraq, Çempionlar Liqasının cari mövsümündə ən yaxşı 24 klub sırasına düşmək. Doğrudan da, bunu yalnız Qurban Qurbanov bacara bilərdi. Bu səkkiz oyunluq əsas mərhələdə "Qarabağ" yerli futbol azarkeşlərinə o qədər fərqli və güclü emosiyalar yaşatdı ki, onların təsiri bir neçə növbəti avrokubok mövsümünə bəs edər.

Əvvəlcə "Benfika" ilə oyunda möhtəşəm kambek (3:2) və "Kopenhagen" üzərində inamlı qələbə (2:0). Ardınca Bilbao "Atletik"indən gözlənilməz "yerə eniş" (1:3) və "Çelsi" ilə oyundan sonra eyni dərəcədə gözlənilməz yüksəliş (2:2). Daha sonra "Napoli"yə gözlənilən məğlubiyyət (0:2) və həmin vaxta qədər xalı olmayan "Ayaks"dan tamamilə gözlənilməz fiasko (2:4). Nəhayət, bu "marlezon baleti"nin sonunda "Ayntraxt" üzərində möhtəşəm və əzmkarlıqla qazanılmış qələbə (3:2) və onun ardınca "Liverpul"dan eyni dərəcədə sarsıdıcı və tam iradəsiz məğlubiyyət (0:6).

Lakin böyük məşqçi Valeri Lobanovskinin dediyi kimi, "oyun unudulur, nəticə isə əbədi qalır". Bu halda nəticə sadəcə möhtəşəmdir – Çempionlar Liqasının pley-off mərhələsinə yüksəliş. Üstəlik, "Napoli", "Ayaks", eləcə də adlı-sanlı "Marsel" və "Vilyarreal" kimi klublar turnirdən kənarda qalıb.

Çempionlar Liqasının əsas mərhələsini 22-ci pillədə başa vuran "Qarabağ" indi növbəti rəqibinin kim olacağını gözləməlidir. Bu, əsas mərhələni müvafiq olaraq 11-ci və 12-ci yerlərdə tamamlayan PSJ və ya "Nyukasl" olacaq. Lakin rəqib kim olursa-olsun, bir şey dəqiqdir: bu klubu asan oyun gözləmir. "Qarabağ" artıq sübut edib ki, istənilən rəqiblə, hətta klublararası dünya çempionu ilə belə, bərabər səviyyədə mübarizə apara bilər. Elə isə Çempionlar Liqasının hazırkı qalibi ilə qarşılaşmaqdan niyə qorxmaq lazımdır?

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Dünən, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Oxşar xəbərlər