UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarından sonra komandaların növbəti raunda yüksəlmə şansları açıqlanıb.
İdman.biz xəbər verir ki, "Qarabağ"da bu rəqəm 93 faiz olaraq göstərilib.
Azərbaycan çempionunun rəqibi Şimali Makedoniyanın "Şkendiya" klubunun isə pley-offa adlamaq ehtimalı 7 faizdir.
Qeyd edək ki, "Qarabağ" səfərdəki ilk görüşdə "Şkendiya"nı məğlub edib - 1:0. Cavab qarşılaşması avqustun 12-də olacaq.
İdman.biz