top
Sezar Henrike: Şamaxıya qərar verərkən bir az tərəddüd etdim Idman.biz
09 avqust 2025, 15:35
- ↺ +

Sezar Henrike: "Şamaxı"ya qərar verərkən bir az tərəddüd etdim"

"Şamaxı"nın yeni transferlərindən olan braziliyalı müdafiəçi Sezar Henrikenin Futbolinfo.az-a müsahibəsi

– Artıq 1 aydır ki, "Şamaxı"ya qoşulmusunuz. Adaptasiya prosesi necə keçir? Kollektivə tam uyğunlaşmağınız üçün daha nə qədər zamana ehtiyacınız var?

– Buraya gəldiyim gündən etibarən heç bir çətinlik çəkmirəm. Baxmayaraq ki, əksər oyunçuların və məşqçilərin danışdığı dildə danışmıram. Hamı mənə həm meydanda, həm də meydandan kənarda ehtiyacım olan hər şeydə kömək edir.

– "Şamaxı"ya keçmək qərarını verərkən tərəddüd etdinizmi? Qərarınızda nə həlledici rol oynadı?

– Onsuz da qərar verərkən həmişə bir az tərəddüd olur. Axı məsələ ölkəmi tərk edib uzaq bir yerə getmək idi. Amma "Şamaxı" klubu, oyunçulara təqdim olunan infrastruktur barədə araşdırma apardıqdan sonra çox düşünməyə ehtiyac duymadım. Sadəcə, burada olmaq və klubun uğuru üçün oynamaq istədim.

– Azərbaycan çempionatının startına sayılı günlər qalıb. "Şamaxı" yeni mövsümə tam hazırdır?

– Uzun müddətdir ki, çox intensiv şəkildə çalışırıq. Hazırlıq prosesi müddətində liqadakı digər komandalarla yoldaşlıq oyunları keçirmişik və hazırda çempionatın debütü üçün lazım olan son detalları tamamlayırıq.

– İlk turda "Neftçi"nin qonağı olacaqsınız. Rəqib haqda nə qədər məlumatınız var? Bu oyundan hansı nəticəni gözləyirsiniz?

– Nəticə barədə konkret bir şey deyə bilmərəm. Çünki futbol çox qeyri-müəyyən idman növüdür. Amma yaxşı oyun göstərmək üçün tam hazır olacağıq. Onu deyə bilərəm ki, qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

– "Şamaxı"nın hazırkı heyəti legionerlərlə gənc yerli futbolçuların vəhdətindən formalaşıb. Bir-birinizi başa düşməkdə çətinlik çəkməyəcəksiniz ki?

– Hər gün birlikdə yaşayırıq, qarşılaşdığımız hər bir çətinliyin öhdəsindən birlikdə gəlirik. Buna görə də problem olmayacağını düşünürəm.

– Azərbaycan çempionatında xeyli sayda braziliyalı futbolçu çıxış edir. Onlardan kimləri tanıyırsınız?

– Bəli, bu məqam liqanın çox keyfiyyətli olduğunu sübut edir. Azərbaycan Premyer Liqasında çıxış edən daha bir braziliyalı olacağım üçün və "Şamaxı"nın formasını geyinəcəyimə görə çox sevincliyəm.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Dünən, 18:40

“Sumqayıt” Basketbol Klubuna yeni transfer – Aleks Holt qoşuldu

Futbol
Dünən, 16:10

“Sabah” klubunun UEFA Çempionlar Liqası ev oyunları üçün fərdi biletlərin satışı başlayır

Futbol
Dünən, 10:55

Röyal Nəcəfov “Xankəndi” komandasının baş məşqçisi təyin olundu

Voleybol
Dünən, 10:43

Azərbaycanın qızlar voleybol milli komandası Gökhan Edmana təyin edildi

Futbol
Dünən, 08:19

Harry Kane’in Qızıl Topu qazanma ehtimalı 58% ilə artıb

Futbol
Dünən, 07:34

Jezuş, Ronaldonun oyun vaxtına dair razılaşmanı pozdu

Futbol
Dünən, 05:18

Totti 2006-cı il Dünya Çempionatındakı rolunu və karyerasına təsirini izah etdi

Futbol
Dünən, 02:15

Fransa millisinin baş məşqçisi Zidan, Olisenin qələbə qolunu “qol vuracağını düşündüm” deyə açıqladı

Futbol
Dünən, 01:52

Mançini Türkiyəyə qarşı 4:1 qələbəni və Fransa ilə görüşü şərh etdi

Qarabağ FK
28 sentyabr 2026, 23:55

Marko Yankoviçin çıxış etdiyi Monteneqro millisi Ermənistanı 3:2 məğlub etdi

Futbol
28 sentyabr 2026, 23:25

Etan Mbappeni UEFA Çempionlar Liqasında 3 oyunla diskvalifikasiya etdi

Voleybol
28 sentyabr 2026, 22:56

Asiyat Abuyevanın Murov Az Terminal klubuna transferi

Futbol
28 sentyabr 2026, 22:37

PSJ, Alexandro Balde'yi kirayə götürüb, sonradan almayı planlayır

Futbol
28 sentyabr 2026, 22:23

Vinçenso Montella İtaliya qarşısında topa daha çox nəzarət etməyi planlaşdırır

Futbol
28 sentyabr 2026, 18:13

Mirbağır İsayev: “Litva ilə oyunumuz qələbəyə layiq idi”

Basketbol
28 sentyabr 2026, 17:40

“Sumqayıt” basketbol komandası Hüseyn Əsgərli ilə bir illik müqavilə imzaladı

Futbol
28 sentyabr 2026, 16:15

Azərbaycan U-17 qızlar futbol komandası Avropa çempionatının seçmə mərhələsində 0:16 ilə məğlub oldu

Futbol
28 sentyabr 2026, 15:13

Səhhaf qapıçı Fərhad Vəliyev Litva ilə 1-1 nəticəsini şərh etdi

Futbol
28 sentyabr 2026, 12:27

Qəbələ futbol komandasında iki yeni məşqçi və analitik təyin edildi

Futbol
28 sentyabr 2026, 11:18

“Manchester United” Niko Uilyamsı 95 milyon avro üçün almağa hazırdır

Futbol
28 sentyabr 2026, 11:10

Yurgen Klopp Almaniya millisinin tarixində ən pis startı qeyd etdi;

Futbol
28 sentyabr 2026, 10:04

“Qəbələ”nin baş məşqçisi Yeton Bekirinin gənc futbolçulara şans vermək məqsədi

Futbol
28 sentyabr 2026, 09:49

UEFA, Aliyar Ağayevə Gürcüstan‑Ukrayna oyununu idarə etmək üçün təyinat verdi

Futbol
28 sentyabr 2026, 08:45

UEFA Millətlər Liqası 2026/27 ikinci turunun oyun afişası

Oxşar xəbərlər