top
Georgi Nikolov: Sabah cavab matçında hər şeyi dəyişə bilər Idman.biz
09 avqust 2025, 16:13
- ↺ +

Georgi Nikolov: "Sabah" cavab matçında hər şeyi dəyişə bilər

"İnter"in (hazırkı "Şamaxı") bolqarıstanlı sabiq prezidenti Georgi Nikolovun "Report"a müsahibəsi

- Bolqarıstandakı oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitdi. Matç haqqında nə deyə bilərsiniz?

- ⁠Dürüst olacağam, oyuna baxmamışam Sonra hesabı gördüm, icmalı izlədim. Məncə, bərabər səviyyədə oyun keçib. Hər iki komanda yüksək səviyyəli futbol nümayiş etdirib. 70 dəqiqədən sonra "Sabah" yoruldu, temp çox aşağı düşdü. Düşünürəm ki, bundan istifadə etdiyi üçün "Levski" qol vura bildi. Məncə, nəticə olduqca ədalətlidir.

- "Sabah" Bakıda mərhələni keçə bilər?

- ⁠Əlbəttə ki, keçə bilər. "Levski" bu komandanı düzgün qiymətləndirməlidir. "Sabah" ciddi rəqibdir, cavab matçında hər şey ola bilər. Amma məncə, Bolqarıstan komandası avrokuboklarda daha da irəli gedəcək. Mənim proqnozum belədir.

- Azərbaycan futbolunu izləyirsiniz?

- ⁠Çempionat matçlarına çox baxa bilməsəm də, avrokuboklarda "Qarabağ"ın nəticələrindən xəbərim var.

- "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində ölkənizin digər təmsilçisi "Ludoqorets"lə qarşılaşa bilər.

- ⁠Bəli. Ötən mövsümdə də üz-üzə gəliblər. Səhv etmirəmsə, Bakıda "Qarabağ"a qalib gəlmişdilər. Sonra burada, gözlərim qarşısında böyük hesabla məğlub oldular. 7:2 hesablı nəticə qeydə alınmışdı. Beləliklə, ikisi də pley-offa yüksəlsə, maraqlı duel olacaq. Ehtimalıma görə, "Ludoqorets" qisas almaq istəyəcək. Amma onu da deməliyəm ki, ölkə çempionumuz ötən mövsümlə müqayisədə bir az zəifdir. Yəni, qarşıdakı mümkün görüşün nəticəsini təxmin edə bilmirəm. Lakin "Qarabağ"ın daha güclü olduğunu deyə bilərəm.

- Azərbaycan və Bolqarıstan futbolunu necə müqayisə edərdiniz? Son dönəmlərdə hansında daha çox inkişaf gözə çarpır?

- ⁠Bu ölkələrin futbolu çox oxşardır. Yəqin ki, Azərbaycanda daha çox fiziki mübarizəyə üstünlük verilir. Azərbaycana yaxşı texnikalı oyunçular da gəlir. Belə yerli oyunçularınız da var. Buna görə də hər ikisinin bir-birinə yaxın olduğunu düşünürəm. Bolqarıstan futbolu hazırda yaxşı dönəmlərini yaşamır. Azərbaycan millisinin də son nəticələri elə də yaxşı deyil.

- Azərbaycan Premyer Liqasında legioner limiti ləğv edilib. Bu barədə fikir bildirmək istəyərsiniz?

- ⁠Mən ölkənizdə işlədiyim vaxtda da bəzi dəyişikliklər olub. Amma nəticələrdə xüsusi bir irəliləyiş görmədim. Limitdə heç bir məhdudiyyət olmadığı vaxt yaxşı nəticələr olub. Hətta legioner limiti tətbiq ediləndə "Qarabağ"ın Çempionlar Liqasında qrup mərhələsinə yüksəldiyini də bilirəm. Hazırda limitin ləğvinin Azərbaycan futboluna fayda və ya zərər verəcəyini deyə bilmərəm. İnanıram ki, ölkənizə gələcək əcnəbi oyunçuların səviyyəsi yüksək olacaq və azərbaycanlı oyunçular da özlərini göstərərək şans qazana biləcəklər.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Dünən, 18:40

“Sumqayıt” Basketbol Klubuna yeni transfer – Aleks Holt qoşuldu

Futbol
Dünən, 16:10

“Sabah” klubunun UEFA Çempionlar Liqası ev oyunları üçün fərdi biletlərin satışı başlayır

Futbol
Dünən, 10:55

Röyal Nəcəfov “Xankəndi” komandasının baş məşqçisi təyin olundu

Voleybol
Dünən, 10:43

Azərbaycanın qızlar voleybol milli komandası Gökhan Edmana təyin edildi

Futbol
Dünən, 08:19

Harry Kane’in Qızıl Topu qazanma ehtimalı 58% ilə artıb

Futbol
Dünən, 07:34

Jezuş, Ronaldonun oyun vaxtına dair razılaşmanı pozdu

Futbol
Dünən, 05:18

Totti 2006-cı il Dünya Çempionatındakı rolunu və karyerasına təsirini izah etdi

Futbol
Dünən, 02:15

Fransa millisinin baş məşqçisi Zidan, Olisenin qələbə qolunu “qol vuracağını düşündüm” deyə açıqladı

Futbol
Dünən, 01:52

Mançini Türkiyəyə qarşı 4:1 qələbəni və Fransa ilə görüşü şərh etdi

Qarabağ FK
28 sentyabr 2026, 23:55

Marko Yankoviçin çıxış etdiyi Monteneqro millisi Ermənistanı 3:2 məğlub etdi

Futbol
28 sentyabr 2026, 23:25

Etan Mbappeni UEFA Çempionlar Liqasında 3 oyunla diskvalifikasiya etdi

Voleybol
28 sentyabr 2026, 22:56

Asiyat Abuyevanın Murov Az Terminal klubuna transferi

Futbol
28 sentyabr 2026, 22:37

PSJ, Alexandro Balde'yi kirayə götürüb, sonradan almayı planlayır

Futbol
28 sentyabr 2026, 22:23

Vinçenso Montella İtaliya qarşısında topa daha çox nəzarət etməyi planlaşdırır

Futbol
28 sentyabr 2026, 18:13

Mirbağır İsayev: “Litva ilə oyunumuz qələbəyə layiq idi”

Basketbol
28 sentyabr 2026, 17:40

“Sumqayıt” basketbol komandası Hüseyn Əsgərli ilə bir illik müqavilə imzaladı

Futbol
28 sentyabr 2026, 16:15

Azərbaycan U-17 qızlar futbol komandası Avropa çempionatının seçmə mərhələsində 0:16 ilə məğlub oldu

Futbol
28 sentyabr 2026, 15:13

Səhhaf qapıçı Fərhad Vəliyev Litva ilə 1-1 nəticəsini şərh etdi

Futbol
28 sentyabr 2026, 12:27

Qəbələ futbol komandasında iki yeni məşqçi və analitik təyin edildi

Futbol
28 sentyabr 2026, 11:18

“Manchester United” Niko Uilyamsı 95 milyon avro üçün almağa hazırdır

Futbol
28 sentyabr 2026, 11:10

Yurgen Klopp Almaniya millisinin tarixində ən pis startı qeyd etdi;

Futbol
28 sentyabr 2026, 10:04

“Qəbələ”nin baş məşqçisi Yeton Bekirinin gənc futbolçulara şans vermək məqsədi

Futbol
28 sentyabr 2026, 09:49

UEFA, Aliyar Ağayevə Gürcüstan‑Ukrayna oyununu idarə etmək üçün təyinat verdi

Futbol
28 sentyabr 2026, 08:45

UEFA Millətlər Liqası 2026/27 ikinci turunun oyun afişası

Oxşar xəbərlər